Year: 2025
Type: article
Abstract: Məqalədə lirik poemanın yeni tiplərindən olan assosiativ poema tədqiqata cəlb olunub.Poema janrının keçdiyi inkişaf yoluna nəzər salsaq, aydın olur ki, ictimai-siyasi hadisələrdən irəli gələrək 60-70-ci illərdə janrda mövzu darlığı aradan qalxır, yeni mövzulara müraciət edilir.Həmçinin poema janrının formasında da dəyişikliklər müşahidə olunur.Dünyanın lirik cəhətdən ümumiləşdirilmiş mənzərəsi poemalarda canlandırılır.Poema janrının polifonik imkanları genişlənir, lirik səpkili poemalar üstünlük qazanır.Əvvəlki tarixi dövrlərdə istifadə edilən lirik poemanın formaları -poema-müraciət, poema-monoloq, poema-dialoq, assosiativ poema aktuallıq qazanır.Lirik poemanın şairlər tərəfindən müraciət olunan tiplərindən biri assosiativ poemadır.Məqalədə assosiativ poemanın spesifik xüsusiyyətlərinin müəyyən olunması üçün Fikrət Sadığın "Ağ cığır", Musa Yaqubun "Hər məktubdan bir sətir", Fikrət Qocanın "Ulduzlu düşüncələr", "Düşündüklərimdən mənzərələr, Rəsul Rzanın "Min dörd yüz on səkkiz" əsərləri araşdırmaya cəlb olunur.Fikrət Sadığın "Ağ cığır" poemasında müharibə illərinin faciəli günlərindən fraqmentlər lirik qəhrəmanın xatirələrində assosiya doğurur.Musa Yaqubun "Hər məktubdan bir sətir" poemasında müharibə faciələri haqqında şair düşüncələri qəhrəmanın məktubları vasitəsi ilə ifadə olunur."Ulduzlu düşüncələr", "Düşündüklərimdən mənzərələr" poemasında isə Fikrət Qoca dünyada, eləcə də vətənində baş verən hadisələri, zaman, insan haqqında ziddiyyətli fikirlərini assosiyasiyalarla canlandırır."Min dörd yüz on səkkiz" poemasında müharibənin dəhşətli fraqmentləri, lövhələri, detallarını sistemləşdirib bir araya gətirməklə şair baş verən hadisələr haqqında fikirlərini ifadə edir.Haqqında danışdığımız əsərlərə əsasən müəyyən olunur ki, bu poema tipində şairlər məkan və zaman etibarı ilə fərqlənən hadisələrin şəkillərinin əlaqələndirilməsi metoduna müraciət edirlər.Araşdırma
Source: Poetika izm
Author: Aytaj Nasirzade
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: diamond
OpenAlex ID: W4412754168
