Year: 2025
Type: article
Abstract: Annotasiya.Məqalədə keçən əsrin 80-ci illərindən üzü bəri Azərbaycan nəsrində baş verən janr dəyişiklikləri təhlil edilir.Nəsr janrlarının zamanla transformasiya və dinamika prosesi Yusif Səmədoğlu, Elçin, Anar, Vaqif Sultanlı, Məqsəd Nur və başqa yazıçıların ədəbi prosesdə artıq yaxşı tanınan əsərləri əsasında araşdırılır.Müəyyənləşdirilir ki, janr daxili proseslər, məhz transformasiya zamanın diktəsi, mədəni inkişafın irəli sürdüyü faktorlar və dünya ədəbiyyatının inkişaf tendensiyalarının təsiri altında baş verir.Janr kateqoriyasında köhnə ilə yeni (deyək ki, Azərbaycan nəsrinin ənənələri ilə modernite çağının poetik prinsipləri) dialektik vəhdətdə olur və buna görə də bu yenilənmə -janr dinamikası həmin canlı prosesi özündə əks etdirir.Romanın həcmcə kiçilməsi, yaxud başqa bir qiyafədə meydana çıxması onun struktur etibarı ilə sadələşməsinə deyil, məhz qəlizləşməsinə gətirib çıxarır, çünki janr transformasiyasının özü dinamik olduğu qədər də son dərəcə mürəkkəb prosesdir və sosial-mədəni sferada baş verən hadisələri birbaşa deyil, mürəkkəb proses kimi təqdim etməyə çalışır.
Source: Poetika izm
Author: Samira Mammadli
Institution: Baku State University
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: diamond
OpenAlex ID: W4412754170
