Work

Unity of documentary and fiction in war stories (Based on Azad Garadareli’s book of stories called “My Beloved Country”)

Year: 2025
Type: article
Abstract: Annotasiya.Təqdim olunan məqalədə Azad Qaradərəlinin "Sevgilim Vətən" hekayələr kitabı müharibə ədəbiyyatı kontekstində tədqiqata cəlb olunur.Vurğulanır ki, həyat gerçəklərinin bədii ədəbiyyatın sərhədlərinə kəskin müdaxiləsinə şərait yaradan dövrlər və hadisələr həmişə olmuşdur.Müharibə belə hadisələr içərisində ön sırada gəlir.Adətən, ədəbiyyat və müharibənin qarşıdurmasında müharibənin sözlə ifadəsinin və mövzunun adekvat şəkildə çatdırılmasının qeyrimümkünlüyü düşünülür.İkinci Qarabağ müharibəsinin Azərbaycan xalqının tarixində, eləcə də taleyində oynadığı rol danılmazdır.Ədəbiyyat və müharibə kontekstində Azad Qaradərəlinin yaradıcılığının predmet kimi seçilməsi təsadüfi deyil.Belə ki, yazıçı yaradıcılığında müharibə mövzularına geniş yer vermiş, yaradıcılığının müxtəlif mərhələlərində müharibəyə dair yadda qalan əsərlər yazmışdır.44 günlük Vətən müharibəsi və Azərbaycan xalqının böyük zəfəri "Sevgilim Vətən" kitabının əsas tematikasını təşkil edir.Bu hekayələrin ortaq cəhəti sənədlilik və bədiiliyin vəhdətində özünü göstərir.Məqalədə bədiilik və sənədliliyin filoloji-terminoloji işığında hekayələr təhlil edilir, hər iki istiqamətin kəsişdiyi və ayrıldığı məqamlara diqqət yetirilir.
Source: Poetika izm
Author: Leyla Aliyeva
Language: English
Open Access status: diamond
OpenAlex ID: W4412754184
FWCI:
Cites:
Cited by:
Related to: 10