Work

The issue of intermediary language in literary translation

Year: 2025
Type: article
Abstract: Annotasiya.Məqalədə hələ Orta əsrlər ədəbiyyatından məlum olan vasitəçi dil və vasitəçi ədəbiyyat haqqında ətraflı məlumat verilir.Tədqiqatçıların qənaətinə görə, vasitəçi dilin və ədəbiyyatın mövcudluğu obyektiv tarixi səbəblərlə bağlı olmuşdur.XIX əsrin ikinci rübündən başlayaraq, müəlliflik faktoru bütün spesifik (milli, fərdi) xüsusiyyətləri ilə bədii tərcümənin mühüm kateqoriyalarından birinə çevrilirdi.Ona görə də həmin dövrdən etibarən Azərbaycan milli tərcüməçilik tarixində vasitəçi ədəbiyyat amilini vasitəçi dil faktoru əvəz etməyə başladı ki, bu da əsasən Qərb və SSRİ xalqlarından edilən tərcümələrə aiddir.Məlumdur ki, mütərcim bəzi hallarda vasitəçi dilə orijinalın ümumiyyətlə, yoxluğu səbəbindən müraciət etməli olur.Bu baxımdan Bibliyanın, yaxud qədim mifoloji mətnlərin orijinalının yoxluğu faktdır.Bu halda tərcüməçi müxtəlif qədim tərcümə variantlarını müqayisəli təhlil edərkən, təbii ki, özünün yaradıcılıq intuisiyasına da arxalanır.Bədii tərcümənin uğurlu nəticəsinə zəmin yaradacaq əsas amillərdən biri də tərcümə əsərinin mövzusunun mütərcimə nə dərəcədə yaxın, hətta doğma olmasıdır.Onu da xüsusi qeyd etmək lazımdır ki, vasitəçi dil müəyyən dövr üçün labüd faktdır.Məqalədə qeyd olunur ki, tərcümədən tərcümə zamanı əvvəlki tərcüməçilərin buraxdğı xətaların təkrarlanması və hətta onların sayının artması da qaçılmaz olur.Deməli, tərcüməçilərin qarşısında duran əsas məsələ dili yaxşı bilməkdir.Geniş
Source: Poetika izm
Language: English
Open Access status: diamond
OpenAlex ID: W4412754207
FWCI:
Cites:
Cited by:
Related to: 10