Year: 2025
Type: article
Abstract: Məqalədə 1969Məqalədə -1982-ci -ci illərdə ölkəyə ilk rəhbərlik etdiyi dövrdəki fəaliyyəti ilə uzaqgörən və qətiyyətli siyasətçi kimi özünü tanıdan ümummilli lider Heydər Əliyevin şəxsiyyəti araşdırılır.Həmin müddətə qədər Azərbaycanda iqtisadiyyatda və mədəniyyətdə geriləmə müşahidə etmək olardı.Ümummilli liderin hakimiyyətə ilk gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı, mənəviyyatın tərəqqisi dövrü başlandı.Heydər Əliyev hər zaman gənclərimizə böyük ümidlər bəsləmiş, Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu dönə-dönə qeyd etmişdir.Heydər Əliyevin miras qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.Heydər Əliyevin elm, incəsənət və ədəbiyyat xadimlərinə dərin ehtiramı ən yeni tariximizin tərcümeyi-halında ən qürurverici səhifələrdən biridir.Bu, həm də azərbaycançılıq ideyasının geniş yayılmasına və dərindən mənimsənilməsinə uğurlu xidmətdir.Ulu öndər deyirdi ki, xalq öz kökünü həmişə yadda saxlamalı, tarixini öyrənməli, heç vaxt öz milli mədəniyyətindən, elmindən ayrılmamalıdır.İndiki nəsil tariximizin nə qədər zəngin olduğunu, Azərbaycan xalqının dünya mədəniyyətinə hansı töhfələr verdiyini dərk etməli, onlarda milli qürur və vətənpərvərlik hisslərini daha da gücləndirməlidir.Çünki bu, müstəqil Azərbaycanda bizim üçün çox lazımlı amildir.Yaradıcı gənclərin istedadlı nümayəndələrinə Prezident mükafatlarının təqdim edilməsi də ümummilli liderin əsasını qoyduğu gərgin əməyin və təşəbbüslərin stimullaşdırılması siyasətinin konkret davamıdır.Heydər Əliyev siyasətinin əsasında gənclərə qarşı böyük arzular dayanırdı.Bu istəklər o qədər prioritet idi ki, ümummilli liderin ən sevincli və ən kədərli anlarında unudulmadı, onun düşüncə və mülahizələrinin ana xəttinə çevrildi.Böyük şəxsiyyət tövsiyə etmişdir ki, qürur mənbəyimiz olan klassiklərimizin, görkəmli ziyalılarımızın həyatı gənclərə daim örnək olmalıdır.Açar sözlər: Azərbaycan,
Source: Xəbərlər məcmuəsi.
Author: X.I. Asadova
Language: English
Topic: Youth, Politics, and Society
Subfield: Sociology and Political Science
Field: Social Sciences
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4412762405
