Year: 2025
Type: article
Abstract: Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, ölkə sənayesinin həm neft, həm də qeyri-neft sahələri sürətli inkişaf tempinə qədəm qoydu.Bu dövrün əsas xüsusiyyətlərindən biri hər iki sektorun bir-biri ilə sıx əlaqədə olmaqla yanaşı, həm də müstəqil şəkildə inkişaf etməsidir.Əvvəllər neft sənayesi dominant mövqedə olsa da, 2000-ci illərdən etibarən bu vəziyyət dəyişmiş, qeyri-neft sektoru da iqtisadiyyatda mühüm yer tutmağa başlamışdır.Bununla belə, hər iki sahə arasında qarşılıqlı asılılıq, xüsusilə də enerji istehsalında özünü daha qabarıq şəkildə göstərir.İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonrakı ilk onillikdə imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi dövlət proqramları Ümummilli lider Heydər Əliyevin ümumi iqtisadi islahatlar kursunun davamıdır.Bu siyasət nəticəsində qeyri-neft sənayesinin inkişafında yeni bir mərhələyə qədəm qoyulmuşdur.2004-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" bu istiqamətdə atılan mühüm addımlardan biri idi.Təkcə regionların deyil, Bakı şəhərinin də inkişafı üçün bir sıra proqram və layihələr, o cümlədən "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" həyata keçirilmişdir.Bu proqramların əsas məqsədi yeni müəssisələr və iş yerləri yaratmaq, əhalinin həyat şəraitini yaxşılaşdırmaq idi [14, s. 1].Elektroenergetika sənayesində iki mərhələli inkişaf.Qeyri-neft sənaye sahələri içərisində elektroenergetika sənayesi xüsusi əhəmiyyət kəsb edir.Bu sektor İlham Əliyevin hakimiyyətinin ilk illərindən inkişaf etməyə başlasa da, özünün ən yüksək səviyyəsinə 2013cü ildə sənaye parklarının yaranması ilə çatmışdır.Bu inkişaf iki əsas mərhələyə bölünə bilər: birinci mərhələ elektrik avadanlıqları zavodlarının istismara verilməsi ilə, ikinci mərhələ isə əsasən bu sahə ilə bağlı yeni müəssisələrin açılması ilə xarakterizə olunur.Bu mərhələlər birbiri ilə sıx əlaqəli olaraq sektorda kompleks inkişafı təmin etmişdir.Azərbaycan təkcə təbii sərvətləri olan neft və qazı deyil, həm də elektrik enerjisini qonşu ölkələrə ixrac edir.Ölkədə elektrik enerjisinin həcminin artmasına səbəb olan amillərdən biri 2003-cü ildə fəaliyyətə başlayan "Qaradağ-Digah-Şimal" DRES-i olmuşdur.Növbəti illər ərzində, xüsusilə də qarşıdakı beş ildə, yeni enerji güclərinin yaradılması nəinki əhalinin elektrik enerjisinə olan tələbatını ödəmiş, həm də bu sahənin dayanıqlılığını artırmışdır.2004-2009-cu illər ərzində ölkədə 7-si regionlarda olmaqla, cəmi 9 elektrik stansiyası tikilmişdir.Bunlardan üçü Naxçıvan Muxtar Respublikasında, digərləri isə Astara, Şəki, Xaçmaz və Sumqayıtda inşa olunaraq istifadəyə verilmişdir [14, s. 1].Bütün bunlar regionların elektrik enerjisi ilə fasiləsiz təminatı üçün atılmış mühüm addımlar idi.Qeyri-neft sənayesinin inkişafına mühüm təsir göstərən amillərdən biri də 2005-ci ildə Səngəçal terminalında Xəzər Enerji Mərkəzinin fəaliyyətə başlaması olmuşdur.Bundan başqa, regionlarda, məsələn, 2006-cı ildə Şəkidə "Şəki Modul Tipli Elektrik Stansiyası", [8, s. 113] eləcə də "Naxçıvan Modul Tipli Elektrik Stansiyası" istifadəyə verilmişdir [9, s. 247].Bu layihələr regionların elektrik enerjisi ilə təminatında əhəmiyyətli rol oynamışdır [7, s. 237].
Source: Xəbərlər məcmuəsi.
Author: A.Sh. Jafarli
Language: English
Subfield: General Energy
Field: Energy
Domain: Physical Sciences
Open Access status: bronze
OpenAlex ID: W4412762429
