Year: 2025
Type: article
Abstract: XVIII əsrin ortalarında yeni yaranmış Azərbaycan xanlıqları içərisində Azərbaycan ərazisinin əhəmiyyətli hissəsini əhatə edən, əsası Cavanşir oymağının Sarıcalı tayfasından olan Pənahəli xan (1747-1763) tərəfindən qoyulan Qarabağ xanlığı mühüm yer tuturdu.Özündən qat-qat güclü düşmənlər üzərində qələbə çalması Pənahəli xanın şöhrətini və nüfuzunu artırırdı.İbrahimxəlil xanın (1769-1806) hakimiyyəti dövründə Qarabağ xanlığı qüdrətinin ən yüksək zirvəsinə çatdı.Qarabağ xanlığının xarici siyasətində Azərbaycan torpaqlarının birləşdirilməsinə nail olmağa çalışan Urmiya, Şəki, Quba xanlıqları, Osmanlı və Rusiya imperiyaları ilə münasibətlər xüsusi yer tuturdu.Rusiyadan ehtiyat edən Osmanlı dövlətinin Cənubi Qafqazda müdafiə mövqeyinə keçməsi Rusiyanın bölgədə işğalçılıq siyasətini fəallaşdırırdı.1804-cü ilin yanvarında Gəncə xanlığının işğalından sonra Rusiya imperiyasının növbəti hədəfi Qarabağ xanlığı oldu.Qarabağ sarayında əyan qruplaşmaları arasında mübarizə getdiyi vaxtda müasir silahlarla təchiz edilmiş rus ordusuna müqavimət göstərməyi qeyri-mümkün hesab edən İbrahimxəlil xan 1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığının Rusiyaya ilhaqına razılıq verməli olur.Açar sözlər: Azərbaycan,
Source: Xəbərlər məcmuəsi.
Author: N.A. Rasulova
Language: English
Topic: Historical Turkish Studies
Field: Social Sciences
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4412762655
