Work

Critical analysis of hitlerism in the publicistics of Ahmet Agaoglu

Year: 2025
Type: conference-paper
Abstract: Xülasəİctimai-siyasi xadim Əhməd Ağaoğlu 1933-cü ildə Almaniyada Adolf Hitler iqtidara gələndən sonra onun fəaliyyəti və ideologiyası haqqında bir neçə məqalə yazıb, kamalizm ideologiyası ilə müqayisəli təhlilini aparıb, bu iki görüşün bir-birinə tamamilə zidd olduğunu qeyd edib.Ömrünün son aylarında II Dünya müharibəsinə doğru gedən dünyadakı siyasi prosesləri yaxından izləyən Ə.Ağaoğlu imzalanan paktlar, dövlətlərin mövqeyi, Almaniyadakı vəziyyət barədə də əməkdaşlıq etdiyi qəzetlərə müxtəlif yazılar yazıb.Ə.Ağaoğlu xüsusilə nasistlərin "fövqəlbəşər" konsepsiyasını sərt şəkildə tənqid edib, bunun gələcəkdə fəlakətlərə səbəb olacağını bildirib.Mustafa Kamal Atatürk ideallarının təbliğatçısı və dəstəkçisi olan Ə.Ağaoğlu islahatların formalaşmasında də yaxından iştirak etdiyi üçün hitlerizmin kamalizmə bənzədilməsinə qəti şəkildə qarşı çıxıb, yeni Türkiyənin demokratik, xalqçı bir yol seçdiyini faktlarla isbatlayıb.Nəticədə ümumi hərbdən sonra formalaşan cərəyanlar arasında kamalizmin ən doğru düşüncə sistemi olduğunu ifadə edib.Bu məqalədə Ə.Ağaoğlunun "Akın", "Cumhuriyet", "Tan", "İkdam" kimi qəzetlərdə hitlerizm və Almaniya mövzusunda qələmə aldığı yazılar təhlil edilib, onun mövqeyinin önəmliliyi şərh olunub.
Author: Dilgam Ahmed
Language: English
Open Access status: gold
OpenAlex ID: W4413061128
FWCI:
Cites:
Cited by:
Related to: 10