Concepts of culture-civilization in the light of the work “Three Cultures” by Ahmet Agaoglu
Year: 2025
Type: conference-paper
Abstract: ƏHMƏD AĞAOĞLUNUN "ÜÇ MƏDƏNİYYƏT" ƏSƏRİ İŞIĞINDA MƏDƏNİYYƏT-SİVİLİZASİYA-KÜLTÜR ANLAYIŞLARI XülasəƏhməd Ağaoğlunun "Üç mədəniyyət" əsəri onun irsində önəmli bir yer tutur.Bu əsərdə müəllif Buddizm, İslam və Qərb uyqarlıqlarını müqayisə edərək sonuncunun o birilər üzərində qalib durumda olduğunu və Türklərin gələcək naminə onu seçməsi gərəkdiyini göstərmişdir."Üç mədəniyyət"də bu mövzular uyqarlıq / sivilizasiya ayrımı aparılmadan araşdırılır.O dövrün Türkiyə türkcəsində olduğu kimi, Ə.Ağaoğlu da, məşhur sosioloq Z.Gökalp da "mədəniyyət" sözünü sivilizasiya anlamında işlədirdilər.Sonradan Gökalpın təklif etdiyi mədəniyə / uyqarlıq -hars / kültür ayrımı Türk humanitar fikrində mərkəzi mövqe qazandı.Başlıca Avropa dillərində də bu iki anlayış ayrı-ayrı söz-terminlərlə ifadə edilir.Azərbaycan türkcəsində isə bu anlayışların ayrılmaması (ikisinin də "mədəniyyət" sözü ilə ifadə edilməsi həm epistemoloji, həm də terminoloji problemlərə səbəb olur.Bu məqalədə problemin funksional-semantik və leksikoqrafik aspektləri araşdırılır.Azərbaycan türkcəsində "mədəniyyət" söz-termininin iki fərqli anlamının (sivilizasiya və kültür) problemsiz ifadə edilə bilməsi üçün "uyqarlıq" və "kültür" sözterminlərinin qəbulu təklif edilir.
Author: Arif Ajaloglu
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: gold
OpenAlex ID: W4413061130
