Work

The Maqtal genre, its place in Azerbaijani literature and our manuscripts

Year: 2025
Type: article
Abstract: Annotasiya.Şəhadətlə bağlı yazılmış əsərlərin tarixi qədimdir.Hicri 61-ci (miladi 680-ci) il, məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciə ərəb və fars ədəbiyyatları ilə yanaşı, türkdilli xalqların ədəbiyyatında da məqtəl janrının inkişaf edərək geniş vüsət almasına və bu mövzuda dəyərli əsərlərin meydana çıxmasına səbəb olmuşdur.Əvvəlcə tarixə dair kitab, hədis topluları və s. mənbələrdə kiçik bölümlər şəklində yer alan bu məlumatlar sonradan bütöv kitabların süjet xətti boyu geniş şəkildə bədii və elmi olaraq şərh edilmişdir.Mirzə Məhəmməd Tağı Qumri (1819-1891) "Kənzül-əcaib", "Külliyyat"), Hacı Əbülhəsən Raci (1831-1876) "Divan"), Marağayi Molla Hüseyn Dəxil (XIX əsr) "Divan"), Mirzə Mehdi Naci (1805-1882) "Divan") və s.Azərbaycan şairlərinin Kərbəla müsibətinin dəhşətlərini əks etdirən növhə və sinəzəndləri dini-ruhi əzab və əməllərin bədii inikasıdır.Xatırlanan müəlliflərin əsərləri müxtəlifhəcmli, nəzmlə yazılmış ədəbiyyat nümunələri olduğu halda, Məhəmməd Füzuli, Abbasqulu Ağa Bakıxanov, Əbdülkərim Ağa Badkubi, Mir Möhsün Nəvvab kimi müəlliflərin məqtəl janrında yazdıqları bədii-tarixi əsərləri isə daha fundamental və klassik ənənənin bütün xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, eyni zamanda yazıldığı dövrün şəraitini də büruzə verən əsərlərdir ki, bu yazıda onlardan bəhs olunur.
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4414425268
FWCI:
Cites:
Cited by:
Related to: