Year: 2025
Type: article
Abstract: Məqalədə ilk dəfə Məhəmməd Əmin Rəsulzadənin imzaları ayrıca tədqiqat obyekti kimi işlənilmiş, müxtəlif müəlliflərin elmi əsərlərində, digər mənbələrdə onun imzaları ilə bağlı irəli sürülən fikirlərə münasibət bildirilmiş, ədibin irsi, o cümlədən dövri nəşrlərdəki materiallar təhlil süzgəcindən keçirilmiş, müəyyən elmi-nəzəri qənaətlər hasil edilmişdir.Görkəmli publisistin "Məhəmməd Əmin Rəsulzadə", "M.Ə.Rəsulzadə", "Məhəmməd Əmin", "Rəsulzadə" kimi açıq imzalarla yanaşı, "Azəri", "M.Qərib", "Yalvacoğlu", "Müsavatçı" gizli imzaları ilə də yazdığı müəyyənləşdirilmiş və bunun səbəblərinə aydınlıq gətirilmişdir.M.Ə.Rəsulzadənin imzalarının dəqiqləşdirilməsi ədibin irsini dərindən, əhatəli tədqiq etmək və dəyərləndir-
Source: AZERBAIJAN LITERATURE STUDIES
Author: Abid Tahirli
Institution: Azerbaijan National Academy of Sciences
Language: English
Subfield: History
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4414435646
FWCI:
Cites:
Cited by:
Related to:
