Year: 2025
Type: article
Abstract: Annotasiya.XIX yüzilin sonu, XX yüzilin əvvəllərində yazıb-yaratmış söz ustadı Azər Buzovnalının tarixi əsərlər silsiləsindən qələmə aldığı "Çingiznamə" əsərinin avtoqraf əlyazma nüsxəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılır.Ustad şair tarixi-qəhrəmanlıq dastanı olan "Çingiznamə"ni 1935-ci ildə ömrünün müdrik çağlarında yazmışdır.Azər Buzovnalı "Çingiznamə" dastanından illər önçə 1908-ci ildə "Qəzavatnamə" adlı dini-tarixi mövzulu əsərini, 1925-ci ildə isə geniş süjetli tarixi mövzuda soy-kökümüzdən, milli keçmişimizdən, Dədə-Qorqud və Ozan-aşıq mədəniyyətinin bünövrəsi əsasında yaranan, böyük elmi-tarixi əhəmiyyətə malik "Oğuznamə"ni qələmə almışdır.Ustad sənətkarın türklüyə, milli-mənəvi dəyərlərə, tarixi keçmişimizə sevgisi onun tarixi-qəhrəmanlıq dastanlarında əks olunmuşdur.Təqdim etdiyimiz məqalədə "Çingiznamə" əsərinin Azərbaycan ədəbiyyatında bədii sənət nümunəsi kimi özünəməxsusluğu incələnmiş, bu kimi tarixi əsərlər kontekstində müəllifin milli keçmişimizə, mənəvi dəyərlərə və əsasən də yaşadığı cəmiyyətə olan münasibəti araşdırılmış, tarixi mövzunun şairin yaradıcılığında oynadığı rolu müəyyən edilmişdir.
Source: AZERBAIJAN LITERATURE STUDIES
Author: Konul Bagirova
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4414435678
FWCI:
Cites:
Cited by:
Related to:
