Work

Heritage of Folklore studies of Salim Rafig Rafioghlu

Year: 2025
Type: article
Abstract: Annotasiya.Azərbaycan mühacirət ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən olan Səlim Rəfiq Rəfioğlunun (1905Rəfioğlunun ( -1980) ) araşdırmalarında folklorşünaslıqla bağlı məsələlər də xüsusi yer tutur.Alimin bu sahədə qələmə aldığı ilk tədqiqat işi günümüzədək çap edilməmiş "Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi" adlı əsəridir.Bu əsər 1934-cü ildə İstanbul Universitetində məzun dissertasiyası kimi hazırlanmışdır.Tədqiqatdan aydın olur ki, müəllif "xalq hekayələri" adı altında həm nağılları, həm də dastanları nəzərdə tutmuşdur.Səlim Rəfiq həmin nümunələri mövzu baxımından sistemləşdirərək altı qrupda birləşdirir.Sonrakı bölümdə isə müəllif xalq hekayələrində yer alan nağıl motivlərinin hər biri haqqında ətraflı məlumat verir və onları həm Azərbaycan, həm də Anadolu xalq hekayələrində izləyir.Səlim Rəfiq nağıllarda yer alan dini motivlərə diqqəti çəkərək əvvəlcə şamanizm, sonra isə İslam dininin xalq ədəbiyyatı nümunələrinə göstərdiyi təsirə nəzər yetirir.Alim ilk dəfə olaraq nağılları bu baxımdan motivlər üzrə qruplaşdırır.Səlim Rəfiq aşıq yaradıcılığı ilə də məşğul olmuş, aşıq ədəbiyyatından seçilmiş nümunələri "Azərbaycan ədəbiyyatı -Seçilmiş misralar" adlı kitabının "Əlavə" hissəsində çap etdirmişdir.Alim bununla həmin nümunələrin tədqiqi üçün şərait yaratmışdır.
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4414435703
FWCI:
Cites:
Cited by:
Related to: