Work

The character of Hazrat Ali in the work “Hadigatus-sueda” by Fuzuli

Year: 2025
Type: article
Abstract: Annotasiya.Məhəmməd Füzulinin həm lirik, həm də epik yaradıcılığında dini şəxsiyyətlərə həsr olunmuş çeşidli örnəklər vardır.Şairin əsərlərində yer alan həmin şəxsiyyətlər içərisində Həzrət Əlinin mədhi və vəsfi xüsusi yer tutur.İslam tarixində özünün qəhrəmanlığı, şücaəti, elmi, səxavəti, sadəliyi ilə seçilən Həzrət Əli həmişə Füzulinin diqqət mərkəzində olmuş, onu özünəməxsus fəsahətli bir dildə vəsf və tərənnüm etmişdir.Füzuli lirik şeirləri ilə yanaşı, Kərbəla faciəsinə həsr edilmiş "Hədiqətüs-süəda" əsərində də Həzrət Əlinin parlaq obrazını yaratmağa nail olmuşdur.Belə ki, o, bu əsərdə Kərbəla şəhidlərinin bədii obrazını yaratmağı qarşısına məqsəd qoysa da, yeri gəldikcə Həsrət Əlinin də İslam tarixindəki yerini və rolunu işıqlandırmağa çalışmışdır.Füzuli əsərdə ona ayrıca bir fəsil həsr etməklə yanaşı, digər fəsillərdə də onun şəxsiyyətini səciyyələndirən cizgiləri bütün detalları ilə poetik bir dillə vermişdir."Hədiqətüs-süəda" əsərinin adı tərcümədə "Xoşbəxtlər bağçası" deməkdir.Füzuli əsərdə təsvir etdiyi bu bağçanın əbədi sakinləri içərisində Kərbəla şəhidləri ilə yanaşı, Həzrət Əlinin də orijinallığı, əhatəliliyi və bənzərsizliyi ilə seçilən obrazını yaratmışdır.
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4414435829
FWCI:
Cites:
Cited by:
Related to: