Scientific and theoretical glance into Azerbaijani literature in the period of the Republic
Year: 2025
Type: article
Abstract: Annotasiya.Sözügedən məqalədə Cümhuriyyət dövrü Azərbaycan ədəbi-mədəni mühitinin təhlili aparılmışdır.Burada göstərilir ki, bu dövr ədəbiyyat Azərbaycan ədəbi-mədəni mühitinin oyanış, təşəkkül mərhələsini təşkil edir.Məqalədə həmçinin o da qeyd edilir ki, milli məktəblərin, kitabxanaların, muzeylərin açılışı, milli dərsliklərin yazılması, görülən işlər bütövlükdə ədəbi-bədii prosesdən yan keçə bilməzdi.Məqalədə Cümhuriyyət dövrü mətbuatında dərc olunan ədib, publisist və siyasi düşüncə adamlarından, xüsusilə Məhəmməd Əmin Rəsulzadə, Seyid Hüseyn Sadıq (Kazımoğlu), Mirzə Bala Məhəmmədzadə, Əbdül Vahab Məhəmmədzadə, Üzeyir bəy Hacıbəyli, Adil xan Ziyadxan, Əli Abbas Müznib, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, Yusif Qasımov, Fərhad Ağazadə və digər tanınmış ziyalıların elmi, ədəbi-tənqidi məqalələrində, publisistik yazılarında, icmallarda, keçirilən konfranslarda dövrün ədəbiyyat məsələləri nəzərdən keçirilmiş, qaranlıq və mübahisəli məqamlara qismən aydınlıq gətirilmiş, ciddi elmi-nəzəri problemlərə toxunulmuş, ədəbiyyat tarixinə aid mülahizələr sərgilənmiş, ayrı-ayrı poeziya nümunələri, nəsr və dram əsərlərinin bədii-estetik məziyyətləri dəyərləndirilmiş və ümumilikdə dövrün problematik ədəbi mövzuları gündəmə çıxarılmışdır.
Source: AZERBAIJAN LITERATURE STUDIES
Author: Elmaddin Guliyev
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4414435845
FWCI:
Cites:
Cited by:
Related to:
