Year: 2025
Type: article
Abstract: Annotasiya.Klassik Azərbaycan ədəbiyyatının tədqiqi göstərir ki, şairlər öz yaradıcılığında sələf və müasirləri ilə yanaşı, şifahi xalq ədəbiyyatından da səmərəli şəkildə bəhrələnmişdir.Bu baxımdan hər hansı bir sənətkarın yaradıcılığı araşdırılarkən onun folklor qaynaqları da diqqət mərkəzində olmalıdır.Məqalədə yaradıcılığı günümüzədək tədqiqatdan kənar qalan XVI əsr Azərbaycan şairi Məsihi Təbrizinin divanı ilk dəfə olaraq folklor qaynaqları baxımından tədqiqata cəlb olunmuşdur.Şairin divanı ilə tanışlıq göstərir ki, o, klassik Şərq poetikası ilə xalq dilinə və şeirinə məxsus elementləri yaradıcı şəkildə sintez edərək gözəl bədii örnəklər qələmə almışdır.Şeirlərində atalar sözləri, məsəllər, xalq dilindən gəlmə frazeoloji birləşmələr, söz və idiomatik ifadələr, bayatı kimi folklor nümunələrindən bəhrələnmə şairin dilinə xüsusi bir kolorit qatmışdır.Məsihi şeirinin dili folklor qaynaqlarından istifadənin çoxcəhətliliyi ilə də diqqəti cəlb edir.Şairin xalq dilinə məxsus söz və ifadələrdən istifadə edərək yaratdığı bədii örnəklərdə məna çalarları bəzən açıqaydın görünsə də, bəzən daha dərin qatlara enmək, fikri daha dərin qatlarda araşdırmaq tələb edir.Bütün bunlar isə şairin doğma dilin ifadə imkanlarına dərindən bələd olduğunun göstəricisidir.Məsihi.eyni zamanda milli dastanımız olan "Kitabi-Dədə Qorduq"dan da səmərəli şəkildə yararlanmış, orada rast gəlinən bir sıra səs, söz təkrarları, poetik ifadələri öz şeir dilinə gətirmişdir.Araşdırmalar göstərir ki, Məsihi folklor qaynaqlarından yaradıcı şəkildə istifadə etməklə öz şeir dilini daha da zənginləşdirmiş, vermək istədiyi fikrin daha dəqiq və obrazlı ifadəsinə nail olmuşdur.
Source: AZERBAIJAN LITERATURE STUDIES
Author: Pəri Humbetova
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4414435971
FWCI:
Cites:
Cited by:
Related to:
