Year: 2025
Type: article
Abstract: Annotasiya.Məqalədə Fikrət Qocanın poeziyasından bəhs edilir.Şairin novator şeirləri çox qısa və lakonikdir, lakin məzmunlu, fikir yükü ağır olan poetik nümunələrdir.Onun təbiətlə, məhəbbətlə bağlı kifayət qədər şeirləri vardır.Vətən təbiətinin poetik vəsfi əsərlərinin qayəsini təşkil edir.Fikrət Qoca ən çox məhəbbətdən bəhs edən şeirlərin müəllifi olduğundan, lirik şair kimi tanınır və şeirlərinə onlarca musiqi bəstələnmişdir.Məqalədə şairin poemalarının təhlilinə daha geniş yer verilib.Bu poemaların əsas qəhrəmanı həyatda tanıdığımız məşhur şairlər, dövlət xadimləri, siyasətçilər, şəhidlər və adi insanlardır.Onun Azərbaycanın Dövlət Xadimi Heydər Əliyevin siyasətinə, həyatına həsr etdiyi poema öz səmimiliyi, reallığı ilə fərqlənir, seçilir.Həmçinin, Xalq şairi Rəsul Rzaya, türk şairi Nazim Hikmətə, filippinli siyasətçi, gənc şair Xose Risala, şəhid jurnalist, Azərbaycanın Milli qəhrəmanı Çingiz Mustafayevə həsr etdiyi poemalar yaradıcılığında xüsusi yer tutur.
Source: AZERBAIJAN LITERATURE STUDIES
Author: Bahar Memmedova Berdeli
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4414436770
FWCI:
Cites:
Cited by:
Related to:
