Work

Türk respublikalarının mərkəzi-yerli idarəetmə orqanlarının hüquqi çərçivədə müqayisəsi

Year: 2025
Type: article
Abstract: Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanan türk respublikalarının idarəetmə sistemlərində baş verən institusional dəyişikliklərin təhlili mühüm elmi əhəmiyyət kəsb edir. Bu dəyişikliklər mərkəzi və yerli idarəetmə orqanlarının təşkilati strukturuna, funksional bölgüsünə və qarşılıqlı münasibətlərinə ciddi təsir göstərmişdir. Xüsusilə prezident institutu, nazirlər kabineti, yerli icra hakimiyyətləri və yerli özünüidarəetmə orqanlarının hüquqi əsaslarla formalaşması və fəaliyyəti bu sistemin əsas sütunlarını təşkil edir. Məqalədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın konstitusiyaları və qanunvericilik aktları əsasında adıçəkilən idarəetmə qurumlarının təşkili, səlahiyyət bölgüsü və institusional münasibətləri müqayisəli şəkildə araşdırılır. Bu çərçivədə, hər bir ölkənin özünəməxsus hüquqi idarəetmə modeli formalaşdırdığı, eyni zamanda ortaq tarixi və siyasi kontekstdən qaynaqlanan müəyyən ümumi tendensiyaların da müşahidə olunduğu nümayiş edilir.
Language: Azerbaijani
Subfield: Law
Open Access status: hybrid
OpenAlex ID: W4414443505
FWCI:
Cites:
Cited by:
Related to: 10