“Azərbaycan Dili” Fənninin Tədrisində Bədii İstedadlı Uşaqların Aşkara Çıxarılması Metodikası
Year: 2025
Type: article
Abstract: Məqalədə bədii istedadlı uşaqların xüsusiyyətləri və onların qabiliyyətlərinin aşkara çıxarılması istiqamətində “Azərbaycan dili” fənninin metodik imkanları araşdırılmışdır. Fənnin tədrisi zamanı yaradıcı yanaşmaların, rollu və didaktik oyunların tətbiqi bədii istedadı olan şagirdlərin vaxtında müəyyən edilməsinə və inkişafına şərait yaradır. Oyunların ssenariləri, musiqi və təsviri incəsənət elementlərinin seçimi, şagirdlərin fərdi qabiliyyətlərinə əsaslanan rol bölgüsü prosesin effektivliyini artırır. Bu yanaşma estetik tərbiyə ilə yanaşı, əxlaqi, mənəvi, əmək və sosial dəyərlərin formalaşmasına da töhfə verir. Məqalədə həmçinin ibtidai sinif mərhələsində uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasının gələcəkdə istedadlı və hərtərəfli şəxsiyyətlərin formalaşmasında əhəmiyyətli rolu olduğu vurğulanır.
Author: Sehla Suleymanova
Institution: Nakhchivan Teachers Institute
Language: English
Subfield: Education
Field: Social Sciences
Domain: Social Sciences
SDG: Quality education
Open Access status: hybrid
OpenAlex ID: W4415732607
FWCI:
Cites:
Cited by:
Related to:
