Year: 2025
Type: article
Abstract: Anafilaksiya mast hüceyrə mediatorlarının qəfil azad olması nəticəsində yaranan kəskin, həyati təhlükə yarada bilən, sistem xarakterli həssaslıq reaksiyasıdır. Əksər hallarda, anafilaksiya immunoqlobulin E (IgE) iştirakı ilə dərmanlar, həşərat sancmaları və qida məhsulları qəbulu zamanı baş verən reaksiyalar nəticəsində yaranır (1). Lakin, mast hüceyrələrinin ani sistem deqranulyasiyasına səbəb ola bilən hər hansı amil anafilaksiyanı törədə bilər.
Author: A.Q. Ağayeva
Institution: Azerbaijan Medical University
Language: English
Subfield: Immunology and Allergy
Field: Medicine
Domain: Health Sciences
Open Access status: gold
OpenAlex ID: W4416394663
