Gdp (good Di̇stri̇buti̇on Practi̇ce)-i̇n Əczaçiliq Sektorundaki Əhəmi̇yyəti̇ Və Azərbaycan Konteksti̇
Year: 2025
Type: article
Abstract: Məqalədə Good Distribution Practice (GDP) standartlarının əczaçılıq sektorunda dərmanların keyfiyyətli və təhlükəsiz paylanmasındakı rolu araşdırılır. Tədqiqatın əsas məqsədi GDP standartlarının dünya təcrübəsini nəzərə alaraq, Azərbaycanın əczaçılıq sektorunda bu standartların tətbiqinin hazırkı vəziyyətini və gələcək perspektivlərini təhlil etməkdir. Məqalədə GDP-nin əsas prinsipləri, o cümlədən saxlanma şəraitinin idarə olunması, saxtakarlığın qarşısının alınması, nəzarət mexanizmlərinin olması və keyfiyyətə zəmanət kimi aspektlərə diqqət yetirilir.Tədqiqat üçün Avropa İttifaqı, ABŞ və Hindistan kimi ölkələrdə GDP standartlarının tətbiqi nəticəsində əldə edilən müsbət nəticələr təhlil edilmişdir. Azərbaycan kontekstində isə GDP standartlarının tətbiqi ilə bağlı qanuni çərçivənin zəifliyi, infrastruktur çatışmazlığı və təlim ehtiyacları kimi çətinliklər müəyyən edilmişdir. Bununla belə, Zeytun Pharmaceuticals kimi şirkətlərin GDP standartlarını uğurla tətbiq etməsi, Azərbaycanın bu sahədəki potensialını nümayiş etdirir. Mövcud araşdırmaların və məlumatların sintez edilməsi əsasında aparılan bu icmal, GDP-nin əczaçılıq təchizat zəncirindəki əvəzolunmaz rolunu vurğulayır və ictimai sağlamlığın ən yüksək standartlarını təmin etmək üçün uyğunluğun artırılmasına dair tövsiyələr irəli sürür.
Author: B.Ə. Şirəliyev
Language: English
Field: Medicine
Domain: Health Sciences
Open Access status: gold
OpenAlex ID: W4416727637
FWCI:
Cites:
Cited by:
Related to:
