Work

Ki̇şi̇ Sonsuzluğunda Y Xromosomunun Azf Bölgəsi̇ni̇n Rolu: Geneti̇k Dəyi̇şi̇kli̇klər Və Kli̇ni̇k Əks Olunmalari

Year: 2025
Type: article
Abstract: Reproduktiv sağlamlıqda əhəmiyyətli tibbi, sosial və psixoloji problem kimi dəyərləndirilən sonsuzluq hallarının 40–50%-i etioloji baxımdan kişi faktorları ilə assosiasiya olunur. Bu faktorlar arasında ən mühüm genetik səbəblərdən biri Y xromosomunun uzun qolu üzərində yerləşən AZF bölgəsindəki mikrodelesiyalardır. AZFa, AZFb və AZFc alt bölgələrində müşahidə olunan genetik dəyişikliklər spermatogenez prosesinin müxtəlif mərhələlərində dayanma ilə nəticələnərək, klinik praktikada azoospermiya və ya oligozoospermiya ilə təzahür edə bilər. AZFa və AZFb mikrodelesiyaları adətən geri dönməz sonsuzluğa səbəb olduğu halda, AZFc mikrodelesiyaları daha geniş klinik spektrə malikdir və bəzi hallarda süni mayalanma texnologiyaları vasitəsilə fertil potensialın qorunmasına imkan yaradır. Bundan əlavə, AZFc delesiyalarının irsi ötürülmə ehtimalı reproduktiv planlama və genetik məsləhət prosesində xüsusi əhəmiyyət kəsb edir. Bu məqalə Y xromosomunun AZF bölgəsində baş verən mikrodelesiyaların molekulyar-genetik mexanizmlərini, klinik nəticələrini və reproduktiv praktikada diaqnostik rolunu təhlil edir.
Author: Z. Bayramov
Language: English
Field: Medicine
Open Access status: gold
OpenAlex ID: W4416727728
FWCI:
Cites:
Cited by:
Related to: