Year: 2025
Type: article
Abstract: Keywords: South Azerbaijan, Okume Billuri, poetry, image of mother Müasir Cənubi Azərbaycan poeziyasının inkişafında özünəməxsus xidmətləri olan şairlərdən biri də Hökumə Billuridir.O, həyatının uşaqlıq və gənclik illərini dağların, sıx meşələrin əhatəsində yerləşən Zəncanda keçirmişdir.Buranın füsünkar mənzərəsi gələcək şairin ilham mənbəyinə çevrilmişdir.Hökumə Billuri hələ kiçik yaşlarından ətrafındakı insanların acınacaqlı həyatını, cəmiyyətdəki ədalətsizlikləri müşahidə etmiş, bütün bunlar qəlbində şah üsuli-idarəsinə, haqsızlığa qarşı etiraz və hiddət yaranmasına səbəb olmuşdur.Onun yaradıcılığında vətəpərvərlik mövzusu ilə yanaşı qadın -ana mövzusu da xüsusi yer tutur.Hökumə Billuri ilk təhsilini Zəncanda "Azəri" qız orta məktəbində almış, burada İran tarixi, fars dili və ədəbiyyatını öyrənmiş, Firdovsi, Sədi, Hafiz kimi böyük ədəbi şəxsiyyətlərin yaradıcılığı ilə tanış olmuşdur.1941-ci ildə keçmiş sovet ordusunun İran ərazisinə daxil olması ilə Cənubi Azərbaycanın ictimai-siyasi həyatında demokratik siyasi proseslər başlamış, 1945-ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökumət qurulmuşdur.Bundan sonra ictimai-siyasi, mədəni və iqtisadi sahələrdə köklü dəyişikliklər baş vermişdir.Bu dəyişikliklər ədəbi mühitin canlanmasına, yaradıcılığın fərqli sahələrinə yeni vətənpərvər nəslin gəlməsinə səbəb olmuşdur.Ana dilində jurnal, qəzet və kitabların nəşri ədəbiyyatın inkişafı üçün də yeni üfüqlər açmışdır.Hökumə Billurinin ədəbi yaradıcılığa başlaması da məhz bu dövrə təsadüf edir.Belə ki, "Vətən yolunda" qəzetinin "Zəncan şairləri" səhifəsində onun ilk şeirləri çap edilmişdir.Buna nümunə olaraq qəzetin 1946-cı il tarixli 44-cü nömrəsində "Sübh açıldı, səhərə əyan oldu" şeirini göstərmək olar.Gənc şair ətrafında baş verən taleyüklü hadisələrdən özünü kənara tutmur, həm canı, həm də qələmi ilə müzəffər bir əsgər kimi döyüşür
DOI: 10.62837/2025.5.473
Author: Zamina Zeynalova
Language: Azerbaijani
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W7083461932
