Year: 2025
Type: article
Abstract: Aparılan tədqiqatın məqsədi böyük və kiçik daxili orqanlar sinirlərin, həmçinin bu sinirlərin əmələ gəlməsində iştirak etdiyi qarın kələfinin topoqrafik quruluş xüsusiyyətlərini makroskopik öyrənməkdir. Tədqiqat Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının morqunda 14 meyid üzərində aparılmışdır. Postnatal ontogenezin müxtəlif yaş qruplarından olan insanın böyük və kiçik daxili orqanlar sinirləri, həmçinin qarın kələfi V.P. Vorobyovun makromikroskopik təşrih üsulundan istifadə edilməklə tədqiq olundu; tədqiqatın nəticələri statistik təhlil edildi. Qarın kələfinin formalaşmasında böyük və kiçik daxili orqanlar sinirləri, azan sinirin lifləri iştirak edirlər. Tədqiqatımızın nəticələri ədəbiyyat məlumatlarına uyğundur. Beləliklə, məlumatlarımız göstərir ki, sağ daxili orqanlar sinirinin əmələ gəlməsində bəzi hallarda sol sinirin əmələ gəlməsindən daha çox sayda kök iştirak edir. Qarın kələfi aortanın önündə, qarın kötüyü ilə yuxarı çöz arteriyası arasında yerləşir. Böyrək arteriyalarından keçən üfüqi xətt bu kələfin aşağı sərhədidir. Yuxarı sərhəd qarın kötüyündən bir neçə millimetr yuxarı keçən xəyali üfüqi xətt ola bilər. Qarın kələfinin bütün düyünləri qarın, yuxarı çöz və böyrək arteriyalarına görə təsnif edilə bilər. Qarın kələfinin ən böyük və daimi düyünləri aypara şəklindədir. Onlar qarın kötüyünün üstündə yerləşirlər, adətən sağdakı düyün soldakından daha böyük olur. Bir qayda olaraq, böyük daxili orqanlar sinirlər aypara düyünlərinə, kiçik daxili orqanlar sinirlər isə və ən aşağısı daxili orqanlar sinirləri, əgər varsa, yuxarı cöz və böyrək-aorta düyünlərinə daxil olur.
Author: Zərifə Nəsirova
Institution: Azerbaijan Medical University
Language: English
Subfield: Anatomy
Field: Medicine
Domain: Health Sciences
Open Access status: gold
OpenAlex ID: W7117114989
FWCI:
Cites:
Cited by:
Related to:
