Work

Çoxqapaqlı patologiya və xronik böyrək çatışmazlığı olan xəstələrdə şiddətli aortal çatışmazlıqda TAVR seçim müdaxilə kimi

Year: 2024
Type: article
Abstract: Aort və mitral qapaq çatışmazlığının kombinasiyası çox rast gəlinən, lakin kifayət qədər öyrənilməmiş çoxlu qapaq xəstəliyinin tipik nümunəsidir. Transkateter aortal qapağın dəyişdirilməsi (TAVR) yüksək riskli Aortal Çatışmazlığı (AR) olan xəstələr üçün effektiv bir seçim ola bilər. Transkateter aort qapağı ilə əlaqəli potensial risklər arasında qapağın düzgün yerləşdirilməməsi səbəbindən yetərsiz möhürlənmə, qapağın embolizasiyası və əhəmiyyətli paravalvulyar çatışmazlıq yer alır. AR xəstələri adətən xəstəlik irəlilədikdə, sol mədəcik funksiyasının geri dönməz azalması və ağır pulmonar hipertoniya olduğu mərhələdə müdaxilə üçün göndərilir. Bu halda təqdim olunan xəstədə çoxlu qapaq patologiyası mövcuddur və eyni zamanda xroniki böyrək xəstəliyindən (CKD) əziyyət çəkir. Xəstəyə AVR cərrahiyyəsi tövsiyə olunmuşdur, lakin komorbid vəziyyət və yüksək əməliyyat riski (EUROSCORE – 11,17%) nəzərə alınaraq, ürək komandasının məsləhəti ilə TAVR tətbiq edilməsinə qərar verilmişdir.
Language: English
Field: Medicine
Open Access status: gold
OpenAlex ID: W7117424294
FWCI:
Cites:
Cited by:
Related to: