Work

The Impact Directions of Agricultural Insurance on the Development of Production Areas

Year: 2026
Type: article
Abstract: İSTİQAMƏTLƏRİ X Ü L A S ƏTədqiqatın məqsədi -aqrar sahədə sığorta mexanizmlərinin kənd təsərrüfatı istehsalının dayanıqlılığı, maliyyə stabilliyi və investisiya imkanlarına təsirini elmi-nəzəri və praktiki baxımdan araşdırmaqdır.Tədqiqatın metodologiyası -araşdırmada Azərbaycan və beynəlxalq təcrübə (ABŞ, Kanada, Avropa ölkələri) təhlil edilmiş, statistika və Aqrar Sığorta Fondundan əldə olunan məlumatlar əsasında analitik və müqayisəli təhlil aparılmışdır.Məqalədə, həmçinin sığortanın funksiyaları, dövlət dəstəyi və fərdi fermer strategiyalarının qarşılıqlı təsiri qiymətləndirilmişdir.Tədqiqatın tətbiqi əhəmiyyəti -nəticələr aqrar siyasətin optimallaşdırılmasında, sığorta mexanizmlərinin inkişafı və dövlət dəstəyinin səmərələşdirilməsi, həmçinin fermerlər və dövlət qurumları üçün strateji qərarların qəbulunda istifadə oluna bilər.Tədqiqatın nəticələri -tədqiqat göstərmişdir ki, aqrar sığorta yalnız istehsal risklərinin azaldılmasında deyil, həm də gəlirin sabitləşdirilməsində, investisiya imkanlarının artırılmasında və kənd təsərrüfatının davamlı inkişafında mühüm rol oynayır.Dövlət dəstəyi ilə tətbiq olunan mexanizmlər, xüsusilə kiçik və orta təsərrüfatlar üçün səmərəli risk idarəetməsini təmin edir.Tədqiqatın orijinallığı və elmi yeniliyi -məqalədə aqrar sığortanın funksional təsirləri (risklərin bölüşdürülməsi, gəlirin sabitləşdirilməsi, investisiya stimulu, risk mədəniyyətinin inkişafı və uzunmüddətli davamlılıq) kompleks şəkildə elmi əsaslarla qiymətləndirilmiş, həm milli, həm də beynəlxalq təcrübəyə əsaslanan müqayisəli təhlil təqdim olunmuşdur.
Source: AUDIT
Language: English
Subfield: Soil Science
Open Access status: hybrid
OpenAlex ID: W7140174222
FWCI:
Cites:
Cited by:
Related to: