Work

Formation and Impact Mechanisms of Credit Policy in the Global Financial System: a Comparative Analysis of the World Bank and the International Monetary Fund

Year: 2026
Type: article
Abstract: A S Ə Tədqiqatın məqsədi -qlobal maliyyə sistemində kredit siyasətinin iqtisadi sabitliyin təmin olunmasındakı rolunu araşdırmaq və Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun (BVF) bu sahədəki strategiyalarını müqayisəli şəkildə təhlil etməkdir.Tədqiqatda əsas diqqət beynəlxalq kredit mexanizmlərinin struktur xüsusiyyətlərinə, bu siyasətin inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün əhəmiyyətinə və qlobal iqtisadi sabitliyə təsirinə yönəldilmişdir.Tədqiqatın metodologiyası -iqtisadi müqayisə, struktur-təhlil və dinamik statistik analiz üsullarına əsaslanmışdır.Empirik məlumatlar Dünya Bankı, BVF və digər beynəlxalq maliyyə institutlarının 2020-2025-ci illər üzrə hesabatlarına, həmçinin Azərbaycan Respublikasının rəsmi iqtisadi göstəricilərinə əsaslanmışdır.Tədqiqatın tətbiqi əhəmiyyəti -ondan ibarətdir ki, onun nəticələri beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq strategiyalarının hazırlanmasında, borc idarəçiliyi siyasətinin optimallaşdırılmasında və milli iqtisadi dayanıqlığın möhkəmləndirilməsində istifadə oluna bilər.Tədqiqatın nəticələri -göstərir ki, beynəlxalq maliyyə institutlarının kredit siyasəti qlobal iqtisadiyyatın sabitliyinin qorunmasında, fiskal intizamın gücləndirilməsində və sosial rifahın artırılmasında mühüm rol oynayır.Dünya Bankı uzunmüddətli inkişaf və struktur islahatlara fokuslanır, BVF isə qısamüddətli maliyyə sabitliyini və valyuta dayanıqlığını təmin edir.Onların qarşılıqlı fəaliyyəti beynəlxalq maliyyə sisteminin effektivliyini artırır.Tədqiqatın orijinallığı və elmi yeniliyi -ondan ibarətdir ki, burada kredit siyasətinin yalnız borclanma vasitəsi kimi deyil, həm də qlobal iqtisadi idarəetmənin strateji aləti kimi rolu əsaslandırılmışdır.Əlavə olaraq, Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının mərhələli inkişafı və bu əlaqələrin "yaşıl" və "rəqəmsal" iqtisadiyyat modellərinin formalaşmasına təsiri elmi şəkildə sistemləşdirilmişdir.
Source: AUDIT
Language: English
Subfield: Finance
Open Access status: hybrid
OpenAlex ID: W7140193938
FWCI:
Cites:
Cited by:
Related to: