Naxçıvan Muxtar Respublikasında informasiya və media sahəsinin inkişafı (1995–2020-ci illər)
Year: 2026
Type: article
Abstract: 1995–2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında informasiya və media sahəsi mühüm dəyişikliklər yaşamışdır. Belə ki bu dövürdə çap mediasından rəqəmsal mediaya keçid baş vermişdir. Bu hal təkcə texnoloji yeniliklərlə bağlı olmayıb, ictimai şüurun formalaşmasına və ictimai rəyin daha açıq müzakirəsinə də təsir göstərmişdir. İnternet portalları və sosial şəbəkələrin genişlənməsi insanların informasiya əldə etməsini asanlaşdırmaqla bərabər gənclərin dünyagörüşünü genişləndirmiş və ictimai iştirakçılığı artırmışdır. Həmçinin bu dövrdə dövlət dəstəyi, qanunvericilik islahatları və informasiya azadlığının təmin olunması peşəkar jurnalistikanın da inkişafına mühüm stimul vermişdir.Bunlarla yanaşı, bəhs edilən dövürdə regionda dövlət dəstəyi ilə fəaliyyət göstərən media qurumları üstünlük təşkil etmiş, müstəqil və alternativ informasiya mənbələri isə məhdud sayda qalmışdır. Şəhər yerlərində internetə çıxış imkanları geniş olsa da, kənd yerlərində bu baxımdan çətinliklər mövcud idi. Bu hal informasiya bərabərsizliyinin yaranmasına səbəb olmuşdur. Həmçinin media qurumlarının etik prinsiplərə tam riayət etməməsi ictimai etimadı zəiflətmiş, peşəkarlıq məsələsini gündəmə gətirmişdir.Ümumilikdə, muxtar respublikada media mühitinin inkişafı həm nailiyyətlər, həm də problemlərlə müşayiət olunmuşdur. Əsas nailiyyətlər rəqəmsallaşma, ictimai şüurun genişlənməsi və peşəkar jurnalistikanın güclənməsi ilə bağlı olmuş, əsas problemlər isə informasiya bərabərsizliyi, müstəqil medianın zəifliyi və etik prinsiplərin pozulması ilə xarakterizə edilmişdir. Bu mənzərə göstərir ki, regionda media sahəsinin inkişafı dinamik proses olmuş, həm müsbət nəticələr, həm də həllini gözləyən çətinliklərlə ortaya çıxmışdır.
Author: Hacıyeva, Nuray
Institution: Nakhchivan State University
Language: Azerbaijani
Topic: Journalism and Media Studies
Subfield: Communication
Field: Social Sciences
Domain: Social Sciences
Open Access status: green
OpenAlex ID: W7155056201
FWCI:
Cites:
Cited by:
Related to:
