GeTe-SnTe-Sb2Te3 KVAZİÜÇLÜ SİSTEMİNİN GeSb4Te7-SnSb4Te7 VƏ GeSb6Te10-“SnSb6Te10” POLİTERMİK KƏSİKLƏRİ
Year: 2026
Type: article
Abstract: Təqdim olunan işdə GeTe–SnTe–Sb2Te3 kvaziüçlü sisteminin GeSb4Te7-SnSb4Te7 və GeSb6Te10-“SnSb6Te10” politermik kəsikləri üzrə faza tarazlıqları tədqiq olunmuşdur. Ərintilər əvvəlcədən sintez və identifikasiya edilmiş GeTe, SnTe və Sb2Te3 binar birləşmələrindən istifadə edilməklə hazırlanmış, maye fazadan sürətlə soyudulmuş və 800 K temperaturda 800 saat müddətində termiki emal edilmişdir. Nümunələr DTA, RFA və SEM üsulları ilə tədqiq olunaraq hər iki kəsik üzrə T–x faza diaqramları qurulmuşdur. Müəyyən edilmişdir ki, GeSb4Te7-SnSb4Te7 kəsiyi subsolidus sahəsində stabildir və ilkin birləşmələr arasında fasiləsiz bərk məhlul sırasının əmələ gəlməsi ilə xarakterizə olunur. GeSb6Te10-“SnSb6Te10” kəsiyi isə subsolidus sahəsində qeyri-stabildir və yalnız 0-40 mol%-“SnSb6Te10” tərkiblərində GeSb6Te10 əsasında əvəzolunma bərk məhlullar əmələ gəlir. Alınmış nəticələr Ge/Sn əvəzləməli laylı quruluşlu bərk məhlulların sintezi zamanı ilkin tərkiblərin seçilməsi üçün istifadə oluna bilər. Açar sözlər: laylı materiallar, termoelektrik materiallar, tetradimitəbənzər quruluş, metal xalkogenidləri, bərk məhlullar, faza diaqramı.
Language: Azerbaijani
Subfield: General Materials Science
Field: Materials Science
Domain: Physical Sciences
Open Access status: diamond
OpenAlex ID: W7162697349
