Year: 2016
Type: article
Study design: Observational Study
Abstract: Məqsəd - steroid-responder xəstələrin və steroid müalicəni alan, lakin steroid reaksiyası olmayan xəstələrin zərdabında kortizolun konsentrasiyalarını öyrənmək və müqayisəli təhlili aparmaq. Material və metodlar 33 xəstənin prospektiv təhlili aparılıb. Xəstələr 3 qrupa bölünüb: 1-ci qrup – steroid mənşəli oftalmohipertenziya (SOH) və qlaukoma (SQ) ilə 11 xəstə, 2-ci qrup – steroid müalicəni alan, lakin steroid reaksiyası olmayan 10 xəstə və 3-cü qrup – katarakta ilə olan 12 xəstə. Nəticə Zərdabda kortizolun konsentrasiyaları orta hesabla: 1-ci qrupda - 177,5 ± 29,4 nq/ml, 2-ci qrupda - 125,2 ± 28,1 nq/ml, 3-cü qrupda isə 147,2 ± 19,1 nq/ml təşkil etmişdilər. Beləliklə, zərdabda kortizolun maksimal konsentrasiyası SOH və SQ ilə olan xəstələrdə aşkar olunub. Yekun Steroid müalicəni qəbul edən və kontrol xəstələr ilə müqayisədə steroid-responder xəstələrin zərdabında kortizol konsentrasiyasının daha yüksək olması aşkar olunub. Bunu nəzərə alaraq, steroid müalicəni alan bütün xəstələrin zərdabında kortizolun konsentraiyasının öyrənilməsi məsləhət görülür.
Language: Azerbaijani
Subfield: Endocrinology, Diabetes and Metabolism
Field: Medicine
Domain: Health Sciences
Open Access status: hybrid
OpenAlex ID: W7219412228
