Work

Применение Анти-vegf Препаратов В Лечении Хориоидальной Неоваскуляризации При Возрастной Макулодистрофии

Year: 2015
Type: article
Abstract: Məqsəd – yaşla bağlı makulodistrofyada xorioidal neovaskulyarizasiyanın müalicəsində Lusentis və Eylea dərman preparatları tətbiqinin effektivliyinin xorioretinal kompleks strukturunun morfometrik OKT göstəricilərinə əsasən müqayisəli analizinin verilməsi. Material və metodlar 40 xəstədə (52 göz) anti-VEGF preparatının intravitreal inyeksiyası icra olunmuşdur. 0,5 mq Lusentis preparatı 20 xəstəyə (26 göz), 2 mq Eylea preparatı isə qalan 20 xəstəyə (26 göz) vurulmuşdur. Xəstələr 20 gün, 1 ay, 2 ay, 3 ay və 1 il sonra dinamiki müşahidədə olmuşdur. Nəticə Tədqiqatın nəticələri Eylea və Lusentis preparatlarının Yaşla bağlı makulodistrofya zamanı xorioretinal neovaskulyarizasiyanın müalicəsində kliniki effektivliyinin identik olmasını təsdiqlədi. Eylea Lusentislə müqayisədə daha uzunmüddətli təsir müddətinə malikdir (Eylea 2 ayda 1 dəfə, Lusentis isə ayda 1 dəfə vurulur). Eyleanın təsir müddəti və vurulma tezliyi xəstəni hər ay müayinədən keçmə zərurətindən qurtarır.
Language: Azerbaijani
Subfield: Ophthalmology
Field: Medicine
Open Access status: hybrid
OpenAlex ID: W7219419501
FWCI:
Cites: 7
Cited by:
Related to: 10