Di̇abeti̇k Hepatopati̇ya Zamani Qaraci̇yəri̇n Morfofunksi̇onal Dəyi̇şi̇kli̇kləri̇ni̇n Qi̇ymətləndi̇ri̇lməsi̇
Year: 2026
Type: article
Abstract: Məqalədə dovşanlarda alloksan vasitəsilə modelləşdirilmiş şəkərli diabet zamanı qaraciyərdə metabolizmin pozulmasının markerlərinin (alaninaminotransferaza – ALT, aspartataminotransferaza – AST, qamma qlutamiltransferaza – QQT, laktatdehidroğenaza – LDH) qanda və limfada dəyişiklikləri, limfanın axın sürəti (LAS), eləcədə qaraciyərin histomorfoloji xüsusiyyətləri haqqında məlumat verilmişdir. Eksperimental tədqiqatlar hər iki cinsə aid olan 14 baş dovşan üzərində aparılmışdır. Tədqiqatda istifadə edilmiş dövşanlar 2 qrupa bölünmüşdür. Kontrol qrupuna 6 və təcrübə qrupuna 8 dövşan daxil edilmişdir. Dovşanlarda alloksan inyeksiyasından 5 gün sonra diabetik simptomlar aşkarlanmışdır. Analiz üçün qan ürək boşluğundan, limfa isə döş limfa axacağından alınmışdır. Əməliyyat anesteziya altında aparılmışdır. Həm kontrol, həm də təcrübə qruplarında olan dovşanlardan qan və limfa alınmış şəkərin səviyyəsi, qaraciyərdə metabolizmin pozulmasının markerləri, LAS, eləcədə qaraciyərin histomorfoloji xüsusiyyətləri öyrənilmişdir. Öyrənilən göstəricilər ikinci təcrübə qrupuna daxil edilmiş 8 dovşanda alloksan yeritdikdən sonra 5-ci, 15-ci və 30-cu gün təyin edilmişdir. Müəyyən olunmuşdur ki, həm qanda, həm də limfada qaraciyərdə metabolizmin pozulmasının markerlərinin artması və qaraciyərdə inkişaf edən histomorfoloji dəyişikliklər limfanın axın sürətinin azalması ilə müşayiət olunmuşdur
Author: G.H. İbrahimova
Institution: Azerbaijan Medical University
Language: English
Subfield: Epidemiology
Field: Medicine
Domain: Health Sciences
Open Access status: gold
OpenAlex ID: W7221806648
FWCI:
Cites:
Cited by:
Related to:
