İngi̇li̇s Və Azərbycan Di̇lləri̇ndə Metafori̇zmlər Və Onlarin Şekspi̇r Yaradiciliğinda Rolu
Year: 2026
Type: article
Abstract: Metafora – sözün məna və məzmunla zənginləşdirilməsidir. Bu termin etimaloji baxımdan bir obyektin müəyyən keyfiyyət və əlamətinin digərinin üzərinə köçürülməsini ifadə edir. Gerçəklikdəki əşya və hadisələr arasında müəyyən əlaqələr mövcuddur. Bu əlaqələrdən biri oxşarlıq əlaqəsidir ki, əşyaların biçimi, rəngi, funksiyasına görə özünü göstərir. Məsələn: günəşin dəyirmi formada olduğu üçün topa, sarı rəngdə olduğuna görə qoğala, qızmar olduğuna görə kürəyə bənzətmək olar. Bu oxşarlıq xüsusiyyətləri məhz imkan verir ki, bir əşya və ya hadisənin adını digərinə köçürərək metafora alınsın. Metaforanın istifadə olunmasında məqsəd isə canlının danışıq dilində ifadəlilik, emosionallıq, bədii yaradıcılıqda isə obrazlılıq yaratmaqdadır.
Source: CyberLeninK (CyberLeninka)
Language: Azerbaijani
Subfield: Linguistics and Language
Field: Social Sciences
Domain: Social Sciences
Open Access status: green
OpenAlex ID: W7225157174
