Work

Deskri̇pti̇v Di̇lçi̇li̇kdə Tədqi̇qat Modelləri̇

Year: 2026
Type: article
Abstract: Tədqiqat modellərinin yaranmasında Amerika deskriptiv dilçilərinin əməyi danılmazdır. Məlumatın işlədilməsinə görə tədqiqat modelləri şifraçma və eksperimental modellərə bölünürlər. Bu modelləri deskriptiv dilçilərdən – Z.Hərris alqoritmlə şifraçma modelini, E.Nayda, L.Blumfild, H.Qlison eksperimental modelləri işləyib tədqiqat aparmışlar. Onlara görə mətn ilk informasiyadır, dil mətni yaradır, məlumatı mətndən əldə edir. Bu qayda əsasən şifraçma modellərinə məxsusdur. Daha sonra bura düzgün cümlələr qrupu aiddir, yəni dilçi informant vasitəsi ilə cümlənin düzgünlüyünü yoxlayır, iki ifadənin eyni ya fərqli olduğunu araşdırır. İkin məlumat deskriptiv dilçiliyin strukturunda müxtəlif təhlillərə yol açır. Bəzi dilçilərin Blumfilddən sonrakı kəşf proyektlərindəki uğursuzluq ümumi fərziyyələrə əsaslanır. Belə aydın olur ki, məlumat və informasiya tədqiqat metoduna uyğundur. İnformasiyanın bu növü əslində dil təsvirində heç nədir, sıfırdır. Dil təsviri müqayisəli və qrammatik yönlü dilçilər üçün faydalıdır. İlkin məlumatların toplanması, həm də böyük qrupların marağına səbəb olur. Bura lingvistik təcrübə və ənənələri olan nitq icmaları da aiddir. Təhlil və kolleksiyalar tək, vahid forma kimi çıxış edəndə onlar nəzarətsiz hesab olunur. Deskriptiv dilçilikdə kolleksiya fəaliyyətinə heç vaxt analitik fəaliyyət kimi eyni qayğı ilə yanaşılmayıb. Buna görə də tədqiqat modellərində ilkin məlumatın təhlili deskriptiv nəzəriyyə ilə ekskluziv təqdim olunur.
Language: Azerbaijani
Field: Psychology
Open Access status: green
OpenAlex ID: W7225164974
FWCI:
Cites: 4
Cited by:
Related to: 10