Azərbaycan Respubli̇kasinin Araz Çayi Boyu Ərazi̇ləri̇ndə Su-bataqliq Quşlarinin Trematod Faunasinin Təhli̇li̇
Year: 2023
Type: article
Abstract: AZƏRBAYCAN RESPUBLİKASININ ARAZ ÇAYI BOYU ƏRAZİLƏRİNDƏ SU-BATAQLIQ QUŞLARININ TREMATOD FAUNASININ TƏHLİLİ Xülasə 2021-2023-cü illərdə Azərbaycan Respublikası ərazisində Araz çayı boyunca yerləşən ərazilərdə 21 növdən ibarət 108 ədəd bataqlıq quşu nümunəsi tam helmintoloji disseksiya üsulu ilə tədqiq edilmiş, nəticədə müəllif ilk olaraq iki növünü göstərmiş 59 növ trematod aşkar etmişdir.Ayrı-ayrı quş növlərinin trematod faunası birdən 13 növə qədər idi.Əsasən balıqla qidalanan quşlarda 42 növ aşkar edilmişdir; əsasən onurğasızlarla qidalanan quşlarda -8 növ; həm bitki, həm də heyvan qidası ilə qidalanan quşlarda -19 növ trematod.Birinci trofik qrupda trematod növləri ilə quş növlərinin sayının nisbəti 3,5, ikinci qrupda 2,7, üçüncü qrupda 3,2 olmuşdur.Qeyd olunan trematodlardan bir növ insan və ev ətyeyən heyvanların bağırsaqlarında parazitlik edə bilir, 1 növ serkariya insanlarda serkarioz, 2 növ quş xəstəliklərinin, 5 növü balıq xəstəliklərinin patogenləridir.
Source: SCIENTIFIC WORK
Author: Yeganə Mahmudova
Language: Azerbaijani
Subfield: Parasitology
Field: Immunology and Microbiology
Domain: Life Sciences
SDG: Life on land
Open Access status: bronze
OpenAlex ID: W4367175669
