Year: 2024
Type: article
Abstract: Məqalədə çağdaş hekayələrin üçündə: Sərdar Aminin “Atamın əlləri”, Ataqamın “Dişlək alma”sı və Şərif Ağayarın “Arıların səssizliyi”ndə bədii-estetik idealın fərqli təzahürləri göstərilməklə yanaşı, estetik mədəniyyətin ictimai-siyasi mühitdən ayrı olmadığı konsepti təsdiqlənir. Belə bir elmi qənaət hasil olur ki, gerçəkliyə münasibət həm də müəllifin etik-estetik niyyətini ortaya qoyur. Sərdar Amində mənəvi-estetik problem bir şərqli yazarın milli-əxlaqi platformasından diqqət mərkəzinə çəkilir. Şərif Ağayar zorlanmanı müharibə təcavüzlərindən biri kimi ümumiləşdirərək çirkinlik estetikasının arxetiplərindən biri kimi səciyyələndirir. Oxucu inanır ki, müharibə də zorlanmanın bir növüdür. Ataqam isə bizə bədii-estetik baxımdan tamamilə fərqli bir mətn təqdim edir; hekayədə iki fərqli dünyagörüş qarşılaşdırılır, birincidə müəllifin özü, digərində isə milli mentalitetimizə o qədər də uyğun gəlməyən qəhrəmanları dayanır. Müəllif zamanında qəhrəmanlarının qarşısından çəkilir, mövcud məkan və estetikaya xas olan dil seçir, bu da hekayənin cazibədarlığını xeyli artırır.
Author: Mehman Garakhanoghlu Aliyev
Language: Azerbaijani
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: hybrid
OpenAlex ID: W4404696331
