Work

M.T.Sidqi əsərlərində feili birləşmələrin poetik funksiyası

Year: 2025
Type: article
Abstract: əsərlərinin dilində həm feili sifət, həm məsdər, həm də feili bağlama tərkiblərinə müxtəlif məqamlarda və müxtəlif qrammatik vəzifələrin icrası ilə əlaqədar rast gəlmək mümkündür.Şair istər mənzum əsərlərində, istərsə də nəsr əsərlərində feili birləşmələrin poetik imkanlarından maksimum səviyyədə faydalanmışdır.Təqdirəlayiq haldır ki, M.T.Sidqi ideyalarının təbliğində quruluş baxımından həm sadə, həm də mürəkkəb feili sifət tərkiblərinin mühüm əhəmiyyət daşıdığını görürük.Ümumiyyətlə, M.T.Sidqinin maarifçilik ideyalarının tərənnümü məqsədilə qələmə aldığı əsərlərinin dilində mürəkkəb quruluşlu feili sifət tərkiblərinə daha çox rast gəlirik.Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan şair yeni məzmunlu feili sifət tərkiblərinin yaradılmasına xüsusi diqqət yetirmiş, müəyyən mənada milli nitqin mövzusunu yeniləmişdir.Fikrimizcə, M.T.Sidqi yaradıcılığında feili birləşmələrin, o cümlədən feili bağlama tərkiblərinin geniş yer tutması başqa bir həqiqətdən xəbər verməkdədir.Daha doğrusu, şair-pedaqoq Azərbaycan ədəbi dilinin çətin anlaşılan və qəliz məzmunlu alınmalardan xilas olunması istiqamətində sistemli iş aparmış, bu səbəbdən əsas tərəfi öz sözlərimizdən ibarət feili birləşmələrin imkanlarından faydalanmaqla maarifçilik ideyalarının daha anlaşıqlı dillə ifadəsinə nail olmuşdur.Maraqlıdır ki, M.T.Sidqinin maarifçilik şeirlərində, eləcə də elmi-publisistik əsərlərində məsdər tərkiblərinə daha çox rast gəlinməkdədir.
Language: Azerbaijani
Open Access status: bronze
OpenAlex ID: W4410074750
FWCI:
Cites:
Cited by:
Related to: 10