Research of the Increasing Dynamics of Neurologically Based Mental Disorders with Neural Networks
Year: 2025
Type: conference-paper
Abstract: Baxılan tədqiqat işində nevroloji əsaslı psixi pozulmaların - depressiya, təşviş pozuntusu və stressin artan dinamikası stoxastik diferensial tənliklər sistemi vasitəsilə modelləşdirilmişdir. Təklif edilmiş model psixi simptomların şiddətini və bu simptomlara təsir edən əsas bioloji göstəriciləri – dopamin, kortizol və GABA – gamma-aminobütirik turşusu kimi neyrotransmitterlərinin səviyyələrini nəzərə alır. Elmi-tədqiqat işində baxılan tənliklər sistemindəki axtarılan funksiyaların əmsalları – uyğun olaraq hormonal səviyyənin simptomlara təsir dərəcəsini, stoxastik təsirlərini və geribildirim mexanizmlərini xarakterizə edir. Çoxqatlı süni neyron şəbəkə vasitəsi ilə əmsalları təmsil edən parametrlər üçün aşağı xətalı qiymətlər proqnozlaşdırılmışdır və baxılan tənliklər sistemi Eyler – Maruyama üsulu ilə ədədi həlli tapılmışdır.
Authors: Nuran Abdullayev, Sahib Piriyev, Javid Abbasli
Language: Azerbaijani
Subfield: Experimental and Cognitive Psychology
Field: Psychology
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4412515331
