Ari̇d Ərazi̇lərdə Suyun Mühafi̇zəsi̇ Və İdarə Olunmasi (naxçivan Mr Ti̇msalinda)
Year: 2025
Type: conference-paper
Abstract: Məqalədə Naxçıvan MR ərazisində su ehtiyatlarının mühafizəsi və idarə olunması ilə bağlı tədqiqatların nəticələri verilmişdir. Qlobal istiləşmə dövründə quraq ərazilərdə su ehtiyatlarının mühafizəsi və doğru idarə edilməsi ən mühüm məsələlərdəndir. Bu baxımdan tədqiqatımız aktual məsələyə həsr edilmişdir. Tədqiqat zamanı həm ənənəvi, həm də müasir metodlara üstünlük vermişik. Peyk şəkillərinin emalı ilə biz tədqiqat ərazisində müxtəlif illərdə su indeksinin dəyişməsini təhlil etmişik. Aparılan təhlillər nəticəsində müəyyən edilmişdir ki, su indeksinin yüksək götəriciləri son illərdə çox kiçik əraziləri əhatə edir. Bu isə su hövzələrində suyun səviyyəsinin azalmasını göstərir. Müxtəlif su anabrlarında tarixi və riyazi-statistik metodlar əsasında apardığımız tədqiqatlar da peyk məlumatlarının emalının nəticələrini təsdiqləyir.
Author: Leyla, Ibrahimova
Institution: Nakhchivan State University
Language: Azerbaijani
Subfield: Global and Planetary Change
Field: Environmental Science
Domain: Physical Sciences
Open Access status: green
OpenAlex ID: W7106301004
