Work

Azərbaycanda Davamli İnki̇şafin Təmi̇n Edi̇lməsi̇ndə Yaşil İqti̇sadi̇yyat Ami̇li̇: İmkanlar, Çağirişlar Və Perspekti̇vlər

Year: 2025
Type: conference-paper
Abstract: Bu tədqiqatda davamlı inkişaf və yaşıl iqtisadiyyatın qarşılıqlı əlaqəsi araşdırılmışdır. Analiz göstərir ki, davamlı iqtisadi və sosial inkişaf üçün yaşıl iqtisadiyyatın rolu vacibdir. Beynəlxalq təşkilatlar, xüsusilə UNEP, bu sahədə layihələr və proqramlar həyata keçirərək ölkələrin davamlı inkişaf hədəflərinə çatmasına dəstək olur. Azerbaycan nümunəsində ölkənin 2004-cü ildən etibarən sosial və iqtisadi sahələrdə inkişaf etdiyi, dövlət layihələri və proqramlar vasitəsilə davamlı inkişaf və yaşıl iqtisadiyyatın təşviq olunduğu müşahidə edilir. "Azerbaycan 2020: Gələcəyə Baxış", "Azerbaycan Respublikasının Sosio-İqtisadi İnkişafı" və digər layihələr uzunmüddətli perspektivdə ölkədə yaşıl iqtisadiyyatın inkişafına, iş yerlərinin yaradılmasına və iqtisadi dayanıqlılığa töhfə verib. Eyni zamanda, ətraf mühitin qorunması, bərpa olunan enerji və sosial sahələrdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə davamlı inkişafın möhkəmləndirildiyi görünür. Lakin, iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafı, ixrac potensialının artırılması və sosial xidmətlərin təkmilləşdirilməsi kimi sahələrdə əlavə səylərə ehtiyac vardır. Nəticə olaraq, Azərbaycan davamlı inkişaf və yaşıl iqtisadiyyat prinsiplərinə uyğun siyasət yürüdərək müsbət nəticələr əldə edir və gələcək üçün bu sahədə strateji addımlar atmaqdadır.
Language: Azerbaijani
Open Access status: green
OpenAlex ID: W7107951007
FWCI:
Cites:
Cited by:
Related to: 10