Azərbaycanda məşğulluğun mövcud vəziyyəti və onun həlli istiqamətləri
Year: 2025
Type: conference-paper
Abstract: Azərbaycanın milli iqtisadiyyatının müasir problemlərindən biri də məşğulluq məsələsidir. Bu problem, xüsusilə işsizliyin və qeyri-rəsmi məşğulluğun yüksək səviyyəsi ilə özünü göstərir. Məşğulluq məsələsi həm sosial, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir, çünki işsizliyin artması yoxsulluq səviyyəsinin yüksəlməsinə və sosial gərginliyin yaranmasına səbəb ola bilər. Azərbaycan iqtisadiyyatında məşğulluğun vəziyyəti müxtəlif sahələrdə qeyri-bərabərdir. Neft sektoru və digər iri sənaye sahələri yüksək gəlirli iş yerləri təklif etsə də, kənd təsərrüfatı və kiçik və orta sahibkarlıq sektorlarında işsizliyin səviyyəsi daha yüksəkdir. Bundan başqa, qeyri-rəsmi məşğulluğun geniş yayılması və iş qüvvəsinin az inkişaf etmiş peşə ixtisaslarına sahib olması məşğulluq probleminin dərinləşməsinə səbəb olur. Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq və qeyri-neft sektorlarını inkişaf etdirmək, yeni iş yerlərinin yaradılmasına və iqtisadiyyatın müxtəlif sahələrində işsizliyin azaldılmasına şərait yarada bilər.Təhsil sistemində müasir iqtisadiyyatın tələblərinə uyğun yeniliklər etmək və işsiz gənclər üçün peşə təlimlərini artırmaq, əmək bazarına uyğun peşəkar hazırlıq səviyyəsini yüksəltmək lazımdır.Kiçik və orta sahibkarlıq sektorlarında iş yerlərinin artırılması, vergi güzəştləri və kreditlər vasitəsilə sahibkarlara dəstək göstərilməsi məşğulluğun artırılmasına müsbət təsir göstərə bilər.Regionlarda məşğulluğun artırılması üçün dövlət və özəl sektorun birgə işləyəcəyi investisiya layihələri həyata keçirilməli, kənd yerlərində infrastrukturun inkişafı təmin edilməlidir.Beləliklə,məşğulluq məsələsinin həlli üçün sistemli yanaşma və uzunmüddətli iqtisadi strategiyalar tətbiq edilməli, əmək bazarının tələblərinə uyğun iş yerlərinin yaradılması istiqamətində addımlar atılmalıdır. Bu baxımdan tədqiqat işi mühüm aktuallıq kəsb edir. Məqalədə Azərbaycanın əmək bazarı geniş təhlil edilmiş, ölkədə işsizlik problemləri yaradan amillər araşdırılmış və işsizlik probleminin aradan qaldırılması istiqamətlərində tədbirlərin həyata keçirilməsi mexanizmləri tədqiq edilmişdir. Məqalədə müxtəlif tədqiqat metodlarından o cümlədən, induksiya,deduksiya, müşahidə, statistik müqayisə,analiz,sintez,elmi abstraksiya iqtisadi təhlil və s. metodlarından istifadə edilmişdir.
Authors: nazarov, vuqar, Hajiyev, Jamal, Ahadov, Vasif, Bəkirova, Nabat
Language: Azerbaijani
Topic: Labor Market and Education
Subfield: Economics and Econometrics
Domain: Social Sciences
Open Access status: green
OpenAlex ID: W7107954577
