Work

Hüseyn Razi Yaradıcılığında Ədəbi Şəxsiyyətlərə Poetik Ehtiram

Year: 2025
Type: article
Abstract: Azərbaycan ədəbiyyatının XX əsr mərhələsində mühüm yer tutan Hüseyn Razi zəngin yaradıcılıq irsi, çoxşaxəli ədəbi fəaliyyəti və yüksək vətəndaşlıq mövqeyi ilə tanınan nadir şəxsiyyətlərdəndir. Şair, nasir, dramaturq və publisist kimi fəaliyyət göstərən Razi, həm ədəbi mühitin formalaşmasında, həm də yeni istedadların yetişməsində mühüm rol oynamışdır. Onun poeziyası dərin milli ruh, vətənpərvərlik, mənəvi dəyərlərə sədaqət və sənətə sevgi ilə yoğrulmuşdur. Hüseyn Razi həm klassik, həm də çağdaş Azərbaycan ədəbiyyatının ənənələrini uğurla birləşdirərək yaradıcılığında novatorluq meylləri nümayiş etdirmiş, dini, fəlsəfi və vətənpərvərlik mövzularına geniş yer vermişdir. Xüsusilə böyük ədəbi şəxsiyyətlərə ithaf etdiyi şeirlər onun sənətkar həmrəyliyini, milli kimliyə və mənəvi irsə ehtiramını ifadə edir. H.Razinin əsərləri təkcə bədii-estetik baxımdan deyil, həm də milli-mənəvi özünüdərk və ədəbi düşüncənin inkişafı baxımından Azərbaycan ədəbiyyatında mühüm mərhələ təşkil edir.
Language: Azerbaijani
Open Access status: diamond
OpenAlex ID: W7117491069
FWCI:
Cites:
Cited by:
Related to: 9