Year: 2025
Type: article
Abstract: FEMİNİZMƏ ÜÇ GÜLLƏVƏ YA AVROPA FƏLSƏFƏSİNİN "ÇAKRA"LARI Xülasə.Məqalə Paula Ortizin 2024-cü ildə çəkdiyi "Qırmızı bakirə ("La virgen roja")" filminin bədii, siyasi və ictimai qatlarının təhlilinə həsr olunub.Müəllif filmdə Aurora Rodriqes Karbaleyranın yevgenika təliminə marağı nəticəsində meydana çıxan "Hildeqart proyekti"ni Avropa fəlsəfəsinin ictimaisiyasi və sosial-kulturoloji surroqatı kimi nəzərdən keçirir, layihənin icrası yolunda Aurora Rodriqesin atdığı addımları isə ifrat radikal feminizm kimi dəyərləndirilir.Məqalədə Auroranın öz qızının bədəni üzərində göstərdiyi "Froyd", "Nitşe", "Marks" nayihələrini müəllif Qərb fəlsəfəsinin "çakra"ları adlandırır və müxtəlif kontekstlərdən çıxış edərək filmin semiozisinin mənalarını tapmağa çalışır, müqayisələrdən ötrü geniş fikir platforması yaradır.Açar sözlər: Aurora Rodriqes Karbaleyra, Paula Ortiz, "Qırmızı bakirə", "La virgen roja".Kilsə divarları arasında kobud, solğun seks.Erotik heç nə.Emosionallıq sıfır həddində.Moizədən sonra keşiş təntiyə-təntiyə cins öküz funksiyasını yerinə yetirir.Qadın gözlərini zilləyib qucağında övladını tutmuş Məryəm Ana heykəlciyinə tamaşa edir.Nifrətin, ağrının, hikkənin bir qırıq şəhvətlə qarışdığı nöqtə.Dünyanın bütün sevgiləri öldürülüb.
Source: THE WORLD OF CULTURE
DOI: 10.52094/ftug3492
Author: Aydın Talıbzadə
Institution: Azerbaijan State University of Culture and Arts
Language: Azerbaijani
Topic: Gender and Feminist Studies
Subfield: Gender Studies
Field: Social Sciences
Domain: Social Sciences
SDG: Gender equality
Open Access status: bronze
OpenAlex ID: W7127048780
