Work

Man and time in the works of B. Vahabzade

Year: 2025
Type: article
Abstract: Xülasə:Xalq şairi Bəxtiyar Vahabzadənin digər yaradıcılıq sahələrində olduğu kimi, epik irsində də insan və şəxsiyyət probleminin bir mövzu istiqaməti kimi aparıcı mövqe qazanması, hər şeydən əvvəl, həyat və zaman, cəmiyyət və ictimai-sosial şərait, elmi-texniki nailiyyətlər və onun insanların mənəviyyatına, psixologiyasına və dünyagörüşünə göstərdiyi təsir və izlər özünün dolğun ifadəsini tapır.Məlumdur ki, insan bir fərd və bioloji varlıq olmaqdan başqa, həm də cəmiyyətin ictimai-mədəni, sosial-iqtisadi sferasında özünəməxsus yer və mövqe tutur.İnsanın dar mənada yaşadığı mühitlə, böyük mənada dünya ilə münasibətlərinin bir sıra elə səciyyəvi cəhətləri var ki, onu birmənalı şəkildə pozitiv yanaşma kimi qəbul etmək çətindir.Bu, həyatın və bütövlükdə dünyanın barışmaz ziddiyyətlərini, təzadlı məqamlarını da açıq-aydın büruzə verir.Açar sözlər: Şair, poema, zaman, insan, şəxsiyyət.Şairin poemalarında insan taleləri zaman və məkan hüdudlarını aşıb keçən, özünün geniş vüsət və xarakteri ilə səciyyəli keyfiyyətləri əldə edir.Burada insanla (şəxsiyyətlə) zaman arasında baş verən ziddiyyətlər, qarşıdurmalar və onu doğuran səbəblər, nəticələr ümumiləşdirmələr nəticəsində, özünəməxsus fəlsəfi mühakimələr sayəsində daha təsirli və yadda qalan olur, geniş məna və məzmun tutumu ilə seçimli bir xüsusiyyət qazanır.Əslində insan və şəxsiyyət, onun dövrün, zamanın qovğalarından dözüm və mətanətlə çıxmaq əzmi Bəxtiyar Vahabzadənin ümumi yaradıcılığında özünəməxsus bir yer tutur.Bunu yalnız onun konkret bir yaradıcılıq sahəsindəki axtarışları ilə əlaqələndirmək o qədər də məntiqli görünmür.Ancaq bir cəhəti də xüsusi olaraq vurğulamaq lazımdır ki, ayrı-ayrı dövr və zaman kəsimlərində insanı və şəxsiyyəti hərtərəfli -bütün ziddiyyət və təzadları ilə bərabər təsvir etmək cəhdlər Bəxtiyar Vahabzadənin epik yaradıcılığına müstəsna bir dəyər və əhəmiyyət aşılayır. Mövzunun aktuallığı.İnsan-şəxsiyyət, zaman-dünya və onların bir-birilə qarşılıqlı münasibətləri həmişə ədəbi-ictimai humanitar fikri düşündürən aktual və ümumbəşəri problemlər kimi prioritet istiqamət və sahələrə çevrilməsi heç də təsadüfi hal hesab olunmamalıdır.Məlumdur ki, insan bir fərd və bioloji varlıq olmaqdan başqa
Language: Azerbaijani
Open Access status: bronze
OpenAlex ID: W7127444136
FWCI:
Cites:
Cited by:
Related to: 10