Year: 2025
Type: conference-paper
Abstract: Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professorİndiki kimi yadımdadır, düz 1999-cu ilin 31 dekabr tarixli nömrəsində o vaxtın çox populyar "Azadlıq" qəzeti Azərbaycanın tanınmış elm və sənət adamları arasında belə bir sorğu aparmışdı: "XX əsr Azərbaycan mədəniyyətinin ən görkəmli şəxsiyyəti kimi hesab edirsiniz və nə üçün?" O zaman respondentlərdən Vaqif Səmədoğlu, Vaqif İbrahimoğlu, Azad Mirzəcanzadə, Ağabəy Sultanov, Rəhman Bədəlov, Cavanşir Quliyev, mən və daha bir neçə nəfər Üzeyir bəy Hacıbəyli demişdik.Və həmin bu sorğuya əsasən Üzeyir bəy Mizə Cəlili, Sabiri, Cavidi, Zərdabini və digərlərini xeyli qabaqlayaraq XX əsr Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərinin lideri olmuşdu.Ancaq kommentlər sırasında Rəhman Bədəlovun söylədikləri diqqətimi daha çox cəlb etmişdi.O, deyirdi ki, Azərbaycan teatr mədəniyyətinin iki qütbü var ki, onları da Üzeyir bəy müəyyənləşdirib: bunlardan biri "Leyli və Məcnun"dur, digəri -"Məşədi İbad".Əla fikirdir.Lakin mən bugün düşünürəm ki, Azərbaycan milli teatr mədəniyyətinin Üzeyir bəy tərəfindən konkretləşdirilmiş üç qütbü var: "Leyli və Məcnun", "Məşədi İbad" və "Koroğlu".Bu təsnifat sistemində "Leyli və Məcnun" şəbih teatrı variantı, "Məşədi İbad" məsxərə, qaravəlli variantı, "Koroğlu" isə aşıq teatrı, epik teatr variantı kimi təsnif edilə bilər.Mən "Şərq teatrı tarixi" dərsliyində də yazmışam, hər dəfə hind teatrı tarixini keçərkən mühazirələrimdə də bunu təkrar eləyirəm: dünya mədəniyyəti çapında Üzeyir bəylə müqayisəyə gələcək yeganə kimsə Rabindranat Taqordur.Onların hər ikisi öz mədəniyyətləri üçün təqribən eyni missiyanı yerinə yetiriblər.Olağanüstü və universal istedada malik oluban bu iki şəxsiyyət iri həcmli musiqi əsərləri bəstələyib, çoxsaylı məqalələr, pyeslər yazıb, maarifçilik 25.09.2025"Üzeyir
DOI: 10.52094/nwzk6922
Author: Aydın Talıbzadə
Language: Azerbaijani
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: gold
OpenAlex ID: W7129089934
