Year: 2026
Type: article
Abstract: QARABAĞIN ƏNƏNƏVİ QADIN BAŞ ÖRTÜKLƏRİ Xülasə: Qarabağın ənənəvi qadın baş örtüklərinin elmi müsəvidə öyrənilməsi madii-mədəni irsimizin qloballaşmanın unifikasiya meyillərindən qorunması, xalqımızın milli genetik kodunun gələcək nəsillərə ötürülməsi baxımından xüsusi aktuallıq kəsb edir.Baş örtüklərinin öyrənilməsi tarixən Azərbaycan cəmiyyətində yer alan daxili münasibətlərin sosial və antropoloji təhlili üçün zəruridir.Bütün bunlar qlobal dəbin və müasir geyim tərzinin milli geyimləri sıxışdırıb çıxaran dövrdə tarixi keçmişimizi unutmamaq və dünyada təbliğ etmək baxımından çox aktualdır.Məqalədə ilk dəfə olaraq XIX-XX əsrin əvvəllərində Şuşa və ətraf bölgələrdə geniş yayılmış araqçın, çutqu, kəlağayı və şal kimi geyim elementlərinin tipoloji, texnoloji və rəmzi xüsusiyyətlərini tədqiq edir.Etnoqrafik materiallara əsaslanan tədqiqat, bu örtüklərin sosial status və yaş göstəricisi kimi funksiyalarını və bədii bəzək üsullarını araşdırır.Əvvəlki araşdırmalarda Qarabağ geyimlərinin, o cümlədən qadın baş örtüklərinin öyrənilməsi səthi xaraket daşımış, əsasən tarix və arxeologiya elmi kontekstində öyrənilmiş, onların daşıdıqları semantik məna yükü kompleks şəkildə tədqiqata cəlb edilməmişdir.
Source: THE WORLD OF CULTURE
DOI: 10.52094/kopd8254
Author: Nigar Abbasova
Language: Azerbaijani
Subfield: Visual Arts and Performing Arts
Field: Arts and Humanities
Domain: Social Sciences
SDG: Gender equality
Open Access status: bronze
OpenAlex ID: W7167572971
