Work

Qafqaz Albaniyası xristian abidələrinin turizm məkanına çevrilməsi: mədəni identiklik, memarlıq kodları və inkişaf perspektivləri

Year: 2026
Type: article
Abstract: Məqalənin məqsədi Qafqaz Albaniyasının xristian memarlıq irsinin turizm məkanına çevrilməsi imkanlarını mədəni identiklik, memarlıq bütövlüyü və dayanıqlı idarəetmə meyarları əsasında qiymətləndirməkdir. Tədqiqat sistemli ədəbiyyat icmalı, normativ sənədlərin məzmun təhlili və müqayisəli interpretasiya üsullarına əsaslanır. Məqalədə akademik nəşrlər, Azərbaycan Respublikasının abidələrin qorunması üzrə hüquqi çərçivəsi, UNESCO və ICOMOS sənədləri, habelə Kiş və Nic kimi mövcud turizm təqdimatı nümunələri altı meyar üzrə təhlil edilmişdir: tarixi sənədlilik, memarlıq autentikliyi, interpretasiya, icma iştirakı, ziyarətçi idarəetməsi və rəqəmsal əlçatanlıq. Nəticələr göstərir ki, abidənin turizm məhsuluna çevrilməsi sadəcə fiziki abadlaşdırma deyil; elmi atribusiya, müdaxilələrin geri dönən xarakteri, çoxdilli və mənbəyə əsaslanan təqdimat, yerli icmaların qərarvermədə iştirakı və daşıma qabiliyyətinin monitorinqi birlikdə tətbiq olunmalıdır. Rəqəmsal modellər həssas obyektlərdə fiziki yükü azaltmaq və itirilmiş elementləri fərziyyə kimi göstərmək üçün faydalıdır. Təklif olunan qiymətləndirmə çərçivəsi Qafqaz Albaniyası irsinin kommersiyalaşdırılmadan turizm dövriyyəsinə daxil edilməsinə, regional marşrutların qurulmasına, yerli sosial-iqtisadi faydanın artırılmasına və elmi turizm siyasətinin formalaşdırılmasına xidmət edə bilər
Source: ANCIENT LAND
Language: Azerbaijani
Open Access status: bronze
OpenAlex ID: W7206197844
FWCI:
Cites: 3
Cited by:
Related to: 10