Year: 2026
Type: article
Abstract: Xülasə: XIX əsr Azərbaycan ədəbiyyatı ədəbiyyat tariximizdə xüsusi yer tutur.Bu dövr ədəbiyyatında maarifçilik ideyaları geniş yayılmış, ədəbiyyat ictimai baxımdan yeni keyfiyyətlər qazanmışdır.XIX Əsrdə Azərbaycan ədəbiyyatının əsas ideyası maarifçilik olmuş, ədəbiyyatın inkişaf istiqaməti isə maarifçi realizm üzərində qurulmuşdur.Azərbaycan ədəbiyyatı tarixində XIX əsr özünün məzmun və mündəricə zənginliyinə, yenilik ruhuna görə xüsusi mərhələ təşkil etməsi ilə, dövrün qabaqcıl görüşlü ədəbi şəxsiyyətlərinə, ictimai-mədəni xadimlərinə borcludur.Belə şəxsiyyətlərdən Azərbaycan ədəbiyyatı tarixində adı ilk maarifçilərin sırasında çəkilən Abbasqulu ağa Bakıxanov və onun məsləkdaşı, əsərlərinin əksəriyyəti bizə tərcümə vasitəsi ilə gəlib çatan, əsərlərində Xəyyam nəfəsi duyulan, həm müəllim, həm xəttat kimi şöhrət tapan Mirzə Şəfi Vazehdir.Şərqin bədii təfəkkürünün Avropa ölkələrinə geniş yayılmasında xüsusi əhəmiyyət kəsb edən Mirzə Şəfi Vazeh və Azərbaycan tarixini ilk olaraq sistemli şəkildə qələmə alan Abbasqulu ağa Bakıxanovun Azərbaycan ədəbiyyatında xüsusi yeri və mövqeyi vardır.Hər iki maarifçi mütəfəkkir əsərlərində gənc nəsli təhsil almağa, elm öyrənməyə təşviq etmiş, ağıl və kamal barədə faydalı öyüdlər və düşünməyə vadar edən nəsihətlər vermişlər.Açar sözlər: Maarif, söz, şair, əsər, XIX əsr Məhəbbət şairi Mirzə Şəfi Vazeh.Mirzə Şəfi Vazeh Azərbaycan ədəbiyyatında özünün qızğın fəaliyyəti ilə seçilir.Şair əsərlərində klassik ədəbi ənənələri davam etdirir və dövrünə görə mütərəqqi ideyalarda özünü göstərirdi.Mirzə Şəfi Vazehin poetik irsinin əksəriyyəti aşiqanə məzmunda olmaqla yanaşı, onun ictimai məzmunlu əsərləri də vardır."Vazeh lirik şairdir, onun şeirlərinin əsas predmeti insanın könül dünyası, əhvali-ruhiyyəsi, hiss və həyacanları, arzu və istəkləri, sevinc və kədər duyğularıdır" .[Əsgərli,s.147].Əsərlərinin birində oxuyuruq: Sevinib dolandıq biz aşina tək, Yeni bir eşq ilə döyündü ürək.Səninlə dost oldum, ey gözəl xilqət Verdi məhəbbətin mənə mərifət.
DOI: 10.62837/2026.6.446
Author: Yegane Huseynova
Language: Azerbaijani
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W7213232178
