Year: 2026
Type: article
Abstract: Annotasiya.Bu məqalədə müasir ingilis ədəbiyyatının görkəmli nümayəndəsi Marqaret Drablın romanlarında şüur axını və daxili monoloq texnikalarının qadın subyektivliyinin formalaşmasındakı funksional rolu, feminist narratologiya və koqnitiv narratologiya çərçivəsində araşdırılır.Tədqiqat göstərir ki, Drabl bu narrativ üsullar vasitəsilə qadın personajların daxili dünyasını patriarxal düşüncənin təzyiqlərindən müəyyən qədər azad edir və onların fərdi kimlik axtarışını bədii-estetik müstəvidə təsvir edir.Yazıçının yaratdığı daxili monoloq və şüur axını strukturları qadın qəhrəmanların özlərini dərketmə prosesini, daxili tərəddüdlərini və azadlıq istəyini daha dolğun şəkildə üzə çıxarır.Məqalədə "Dəyirman daşı" (The Millstone, 1965), "Şəlalə" (The Waterfall, 1969) və "Qızıl Yerusəlim" (Jerusalem the Golden, 1967) romanları əsasında şüur axınının sintaktik fraqmentasiya, qeyri-xronoloji zaman quruluşu, assosiativ keçidlər və sərbəst dolayı nitq vasitəsilə necə qurulduğu təhlil edilir.Eyni zamanda Virciniya Vulfun modernist irsi ilə Marqaret Drablın realist-feminist poetikası arasında müqayisəli paralellər aparılır.Araşdırma nəticəsində müəyyən edilir ki, Drablın şüur axını texnikası estetik eksperiment olmaqla yanaşı, əsasən qadın subyektivliyinin bərpasına yönəlmiş narrativ müqavimət formasıdır.
Source: Poetika izm
Author: Gulnar Rzayeva
Institution: Azerbaijan University
Language: Azerbaijani
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
SDG: Gender equality
Open Access status: diamond
OpenAlex ID: W7214948966
